Saçların bənzərsiz baxıma ehtiyacı var. Bəzi insanlar kəpək problemindən şikayətlənərkən, bəzilərinin saçlarında isə elektriklənmə ya da qırılma problemləri olur. Hər bir saç probleminin isə fərqli həlli var. ONN media xəbər verir ki, saç problemlərinin aşağıdakı həll yollarını təqdim edir:
1.Nəm itkisi problemi Saçlar yayda isti hava və günəşdən, qışda isə soyuq olduğundan nəm itirə bilər. Çox nəm itirməməsi üçün kremlər və yağlardan istifadə etmək vacibdir. Hind qozu yağı saç üçün çox faydalıdır. Nəm itkisinin qarşısını almaq üçün başqa maskalar və kremlərdən də istifadə edə bilərsiniz. 2.Saç tökülməsi problemi Bu problem fəsil dəyişikliyi zamanı artsa da, hər fəsildə rast gəlinən problemdir. Saçlarınızı sabunla yuyarkən dırnaqlarınızla toxunmadan mütləq başınızı barmaqlarınızın ucu ilə masaj edin. Bu, saç köklərindəki qan dövranını sürətləndirəcək və saç köklərini gücləndirəcək. Əlavə olaraq, bir çay qaşığı rozmarini 20 dəqiqə qaynadıb, suyunu süzüb saçınızı yuyun. Bu su vasitəsilə saçların inkişafını təmin edə bilərsiniz. 3.Kəpək problemi Kəpək problemi saçdakı nəmin azalması nəticəsində meydana gəlir. Saçınızı nəmləndirərək kəpək problemini aradan qaldıra bilərsiniz. Seçdiyiniz şampun saçlarınızın qurumasına və kəpəklənməsinə səbəb ola biləcəyi üçün onlar seçərkən diqqətli olmaq lazımdır. Saçınızı çox yaxşı yuduğunuzdan əmin olmalısınız. Sonra həftədə bir dəfə zeytun yağı, bal və yumurtadan hazırlayacağınız maskanı tətbiq etməklə saçlarınızı daha çox nəmləndirə və kəpək probleminizi həll edə bilərsiniz. 4.Elektriklənmə problemi Sintetik materiallar, həmçinin yun və pambıq kimi parçalar saçların daha çox elektriklənməsinə səbəb olur. Bunun qarşısını almaq üçün ipək yaylıqdan istifadə edə bilərsiniz. Papaqlarınızın içinə kiçik ipək parçadan yastıq düzəltsəniz bu zaman saçlarınız elektriklənməyəcək. 5.Saç qırılması problemi Cansız və zəif saçlar qırılmağa daha çox meyilldir. Xüsusilə dəridə quruluq varsa, saç ucları iki yerə bölünür. Saçlarınız qırılırsa, mütləq bundan xilas olmalısınız. Buna görə də saçlarınızın uclarını arqan yağı ilə nəmləndirməyiniz məsləhət görülür. Quru saçlar elastikliyini itirdikləri üçün daha tez qırılır.(axşam.az)Saç problemləri üçün faydalı məsləhətlər



Sağlam və parlaq saçlar üçün mükəmməl MASKA
Saç tökülməsinin və qurumasının qarşısını bunlarla alın
Gec uzanan saçlar üçün maska
Saçlarınızı qısa zamanda belə uzadın
Saç tökülməsinin qarşısını almaq üçün maskalar
Bu bitki saçlarınızı daha sağlam edəcək
Bu maskalar saçlarınızı inanılmaz edəcək
Həm cildiniz, həm də saçınız üçün maska
Duzla saç maskaları - Möhkəm, canlı saçlar
Yapon qadınlarının gözəl saçlarının sirrləri
Üz dərisini cavanlaşdıran yağlar
Saçlarınız tez yağlanırsa, bu vasitələrdən istifadə edin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 