Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb.
ONN media BakuPost-a istinadla xəbər verir ki, bu, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış daha bir addımdır.
Yeni elektron xidmət İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)portalı üzərindən göstərilir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması vergi ödəyicilərinin işini xeyli asanlaşdıracaq. Bu yenilik vergi ödəyicilərinə "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə” və "Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” (DTA-05 forması) ərizə formalarını elektron qaydada tərtib etmək və təsdiqləmək imkanı yaradır.
Xatırladaq ki, dövlət başçısının 2 iyun 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin 30 aprel 2018-ci il tarixli 190 nömrəli Qərarı ilə "Elektron xidmət növlərinin Siyahısı”na "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması məqsədilə müraciətin təqdim edilməsi” məzmununda bənd əlavə edilib. Yeni xidmət bu qərara uyğun olaraq vergi ödəyicilərinin istifadəsinə verilib.



Maliyyə dəstəyi almaq istəyən vergi ödəyicilərinin sayı açıqlandı
Nazirlikdən vergi ödəyicilərinə MÜRACİƏT
Vergi ödəmələrinin vaxtı uzadıldı - BU SAHƏLƏR ÜZRƏ
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Bu şəxslərə şad xəbər- Ödəmələrin vaxtı uzadıldı
ƏDV ilə bağlı daha bir RƏSMİ QƏRAR
“Asan İmza” sertifikatları ilə bağlı YENİLİK
Bu şəxslərin məlumatları vergi orqanına veriləcək
Karqoya nəzarət mexanizmi gücləndirilir - Sanksiyalar olacaq
Vergi Məcəlləsində dəyişiklik ediləcək
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət etdi
Yeni nazirin ilk işi: sahibkarlara müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 