Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb. Bu barədə ONN media -ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı Ceyhun Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan zəngin, geniş və sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib. Nazir ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi ən böyük və ağrılı problemi olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək, qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyini hər zaman dəstəklədiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin bütün səviyyələrdə, o cümlədən Türkiyə xalqı tərəfindən nümayiş etdirilən həmrəylik və mənəvi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin sözdə deyil, əməldə “bir millət iki dövlət” olduğunun növbəti dəfə bariz şəkildə nümayiş olunduğunu söyləyib. Azərbaycanın dövlət başçısı tərəfindən qeyd edildiyi kimi, tərəflər arasındakı bu sıx münasibətlərin arxasında məhz doğru siyasətin dayandığı vurğulanıb. Birol Akgün nəzakət qəbuluna görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. O, ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək, qələbə xəbərinin yüksək sevinclə qarşılandığını qeyd etdi və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. B.Akgün iki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirdi. O, müharibədən sonrakı quruculuq və inkişaf dövrünə istinad edərək, bu xüsusda təhsil sahəsinin önəmini qeyd etdi. İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin gələcəkdə inkişaf etdirilməsi məsələsində ölkəmizə müvafiq yardımın göstərilməsinə hazır olduqlarını bildirib. Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Ceyhun Bayramov Akgünü qəbul etdi



Bayramov Akif Çağatay Kılıçla Qarabağı MÜZAKİRƏ ETDİ
Bayramov Çavuşoğlu ilə DANIŞDI
Ceyhun Bayramov Şentopla görüşdü
Çavuşoğlu Azərbaycana belə dəstək oldu
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşdü
Ceyhun Bayramov Günay Əfəndiyeva ilə görüşdü
Ceyhun Bayramov Kahramanmaraşa gedib
Ceyhun Bayramov Türkiyəyə gedir
Ceyhun Bayramov Ermənistana çağırış etdi
Bayramov Əfqanıstanın yeni səfirini qəbul etdi
Şentopla Bayramov görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 