“Azəriqaz” İstehsalat Birliyi (İB) abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır. Bu barədə ONN media -ya "Azəriqaz” İB-dən bildirilib. Bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir. Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, Birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minə yaxın olanının mobil telefon nömrələrinin baza məlumatlarında əksini tapdığı məlum olub. İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək. Dəqiqləşdirmə aparmaq məqsədilə abonentlərimizdən xahiş edirik ki, istifadələrində olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı whatsap nömrəsinə göndərsinlər. Onların məlumatları da abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək.
Telefonumuza qazdan istifadəyə görə SMS GƏLƏCƏK



Bu şəxslərə SMS göndəriləcək – Bu gündən…
Qaz sayğacları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: yanvarın 10-dək...
“Azəriqaz”dan güzəştli limit həddi ilə bağlı VACİB MƏLUMAT
Başçının xanımının "Azəriqaz"a ŞOK MƏBLƏĞDƏ BORCU VAR
Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
DİQQƏT: Abonentlərdən pul tələb edən dələduzlar peyda olub
Bu ərazilərdə qaz yoxdur
“Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır
Bakının bəzi qəsəbələrində qaz olmayacaq
Azərbaycandan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 