"Xankəndi şəhəri Qarabağ iqtisadi rayonuna daxildir və Azərbaycanın suveren ərazisidir. Ümumiyyətlə, işğaldan azad olunan ərazilərdə qazlaşdırma və digər infrastruktur işləri yalnız Azərbaycan dövləti tərəfindən aparıla bilər. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunub".
ONN media xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.
Onun sözlərinə görə, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb: “Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdır, viran edilmişdir. Xankəndi şəhərinə gedən qaz xəttinin üzərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb. Nəzərdə tutulub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”.
"Təbii qaz ödənişlərinin hansı formada aparılması nəzərdə tutulur" sualına cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyi Azərbaycanın istənilən ərazisində abonentlərə xidməti özünün vəzifə borcu hesab edir:
"Birlik sözügedən ərazidə forsmajor halın aradan qaldırılması ilə məşğuldur. Yəni əvvəlcədən planlaşdırlmamışdı ki, bu ərazilərdə hansı hadisə baş verəcək və bərpa olunacaq, bundan sonrakı proseslərdə qazın hansı tərəfdən veriləcəyi və ödənişlərin hansı formada olacağı müzakirə olunacaq. Hələ ki, farsmajor halın nəticələrini aradan qaldırılır. Bundan sonrakı proseslərin necə olacağı müzakirə predmeti olaraq qalır".
104 Operativ Xismətə Xankəndidən qaz təminatında yaranmış fasilələrlə bağlı zənglərin daxil olmasına gəlincə, şöbə rəisi Xalidə Şimşək deyib ki, Qarabağ bölgəsindən zəng daxil olmayıb.



Xankəndi ermənilərindən qaz pulu necə yığılacaq? - AÇIQLAMA
Bu tarixdə Xankəndinə qaz veriləcək - “Azəriqaz” AÇIQLADI
"Azəriqaz"dan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Azad olumuş ərazilərin qazlaşdırılmasına başlandı - RƏSMİ
Laçında 150 ev təbii qazla təmin olundu
Xankəndi stadionundan son görüntü
Xankəndi və Xocalıda məktəblər açılacaq
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
"Azəriqaz"dan yeni ev tikənlərə XƏBƏRDARLIQ
Xankəndiyə necə gedə bilərik?
Prezident: “Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin rahat yaşamasını təmin edəcək”
Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 