Mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır. Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.
Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə göndərə bilər.
Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.



Qaz sayğacları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: yanvarın 10-dək...
Qaz sayğacları hələ də sıfırlanmayıb? - AÇIQLAMA
Qazla bağlı əhaliyə şad xəbər - 1 martdan etibarən...
Bəzi qaz sayğacları hələ də sıfırlanmayıb - Səbəb nədir? - RƏSMİ - VİDEO
"Azəriqaz"dan əhaliyə müraciət: Qaz pulu çox gəlir? - BELƏ EDİN...
Əhaliyə artıq borc yazılması ilə bağlı yayılan məlumatlara “Azəriqaz”dan AÇIQLAMA
Telefonumuza qazdan istifadəyə görə SMS GƏLƏCƏK
“Azəriqaz” sayğacları dəyişdirir? - Açıqlama
Sabahdan yeni smart sayğacların istifadəsinə başlanır
Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər
"Azəriqaz"dan sayğaclarla bağlı AÇIQLAMA
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 