Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də bu qaydaları pozan vətəndaşlara rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq postlardan kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir. Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir. Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq. https://youtu.be/RpX6azYxaiU
İşğaldan azad edilmiş ərazilərdə ƏMƏLİYYAT - 6 nəfər saxlanıldı - VİDEO



Azad olunan ərazilərə 124 nəfər qanunsuz DAXİL OLDU - RƏSMİ
DİN Ağdamda minaya düşən şəxslərlə bağlı XƏBƏR YAYDI
Kəlbəcərə qanunsuz daxil olmaq istəyənlər saxlanıldı
Qanunsuz yolla Talışa gedən şəxs tutuldu
Füzulidə daha iki nəfər minaya düşdü
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərənlər ƏLƏ KEÇDİ
Füzulidə ƏMƏLİYYAT KEÇİRİLDİ: 5 avtomobildə 13 nəfər tutuldu
Azad olunan ərazilərə getmək istəyənlər ƏLƏ KEÇDİ
Tərtərdə minaya düşən şəxslə bağlı AÇIQLAMA
Füzulidə ƏMƏLİYYAT: saxlanılanlar var
SON DƏQİQƏ: Füzulidə 9 nəfər tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 