Tərkibi: 1 yumurta 1 x.q. şəkər tozu 1 ç.q. duz 700-800 qr. un 4 x.q. günəbaxan yağı 100 ml. süd 10 qr. quru maya 300 ml. su İçlik: 150 qr. ağ pendir 150 qr. holland pendiri 100 qr. mozarella pendiri kərə yağı 4 yumurta +1 üsdü üçün Hazırlanması: 50 ml. ilıq süddə mayanı və şəkər tözünü həll edin. isti yerdə qalxana kimi 20 dəq. gözlədin. Yaxşı mayalanmalıdır. Un ələnir, içində yer açıb 1 yumurta vurun 50 ml südlə qarışdırılmış 300 ml ilıq su tökülür, qabarmış maya, duz və günəbaxan yağı əlavə olunur. Xəmir yoğurulur, xəmir bərk olmamalıdır. Yağ əlavə edirik. Xəmirin gözəl olması üçün ən azı 20 dəq. yoğurmaq lazımdır. Əllərinizi günəbaxan yağa batırın ki, xəmir ələ yapışmasın. Xəmirin üstünə biraz yağ sürtülür və 1,5-2 saatlıq isti yerə qoyulur. Sonra yene yoğrulur ve 1-1,5 saatlıq qoyulur. İçlik üçün pendir sürtgəcdən keçirilir. Xəmir 4 yerə ayrılır. Sonra hər kündə çox da böyük olmayan dairə şəkilində yayılır. Pendir səpilir, qıraqları 2-3 sm açıq qalır. Dairənin qıraqları mərkəzə doğru bükülür, ucları birləşdirilir – yani qayığı xatırladan derinlik alınır. Hər qayığın içinə biraz kərə yağı qoyun.Sobada 200 dərəcədə 15 dəqiqəyə qoyuruq. Xaçapurilərin qıraqları qızaran kimi, sobadan götürülür və hərəsinin üstünə 1 yumurta vurulur. Sonra yenə sobada bişirilir. Yumurtanın ağı bişənə gədər 1-2 dəqiqə. Nuş olsun!
Xaçapuri resepti



Xaçapuri resepti
Çox asan və ləzzətli çiyələkli piroq
Starbucks Cookie resepti
Kələmli peraşki
Şəkər çörəyi necə hazırlanır? - QAYDASI
Ən həcmli kartoflu xəmir
Almalı-qozlu paxlava necə hazırlanır? - RESEPT
Ev Şəraitində Çox Dadlı, Yumşaq və Asan - PİZZA RESEPTİ
Şorqoğalın hazırlanma QAYDASI
Rulet pizzanın RESEPTİ
Evdə rahatlıqla hazırlaya biləcəyiniz sendiviç və qamburger çörəyi
Bayram süfrəsinin ən ləziz şirniyyatı – PAXLAVA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 