Tərkibi:
Xəmir üçün:
3 st un
1 st biraz isidilmiş süd
1 ç.q. quru maya
1 ç.q. duz
1 yumurta
2 ç.q. şəkər
4 y.q. günəbaxan yağı
Pendirli içlik:
400 qr ağ pendir
1 yumurta
Əlavə Xaçapurinin üstünə sürmək üçün 1 yumurta və hər Xaçapurinin ortasına vurmağa 4 yumuta hər kündə sayına görə.
Hazırlanması:
1. Xəmir üçün dərin qabın içinə unu ələmək, duz, şəkər və maya əlavə etmək.
Mən quru aktiv maya istifadə etdim , aktiv maya - yəni suda həll etmək lazım deyil, birbaşa una qatılır.
Bütün quru ərzaqları yaxşı-yaxşı qarışdırmaq , ortasında çuxur açmaq və bura 1 yumurta qırmaq, yağı əlavə etmək və azacıq isinmiş südü az-az tökərək yumuşaq , ələ yapışmayan xəmir yoğurmaq.
Hazır xəmirin üstünü örtmək və 1 saat yerdə saxlamaq.
2. Bu müddət ərzində içlik hazırlamaq. Pendiri duzlu sudan əvvəldən çıxardıb 10 dəq kağız salfetin üstündə saxlamaq ki , suyu çəkilsin.
Sonra pendiri çəngəl ilə əzmək və 1 yumurta əlavə edib yaxşıca qarışdırmaq. İçlik hazırdı.
3. Xəmirin həcmi 1 saat ərzində 2 dəfə artacaq. Onu 4 ya 5 yerə bölmək, hər birini oxloynan nazik açmaq.
Bundan sonrakı işləri şəkildə baxa bilərsiz. Bunun üçün ( bəlkə bilməyənlər var ) Xaçapurinin şəklini barmağınızla kitab vərəğı kimi sürüşdürün sola.
Açdığınız xəmirin hər iki qarşılıqlı tərəfini nazik bükün və ortaya gətirin.
Sonra uclarını barmağınızla sıx şəkildə birləşdirin.
Orta boş qalacaq, qayığa bənzər. Onu birazda əlinizlə aralayın ki, içlik qoya biləsiz. Bunu soba sinisinə keçirin. Ortaya bol-bol pendirli içlik qoyun.
1 yumurtanı kasəyə qırın və çəngəllə açın. Xaçapurinin kənarlarına yumurta çəkin.
Əvvəldən 200 t isinmiş sobaya göndərin və üstü qızaranadək 10-15 dəq bişirin.
Elə ki üstü qızardı, çıxardın sobadan və hər bir Xaçapurinin ortasına ehtiyatla 1 yumurta qırın.
Elə edin ki, sarısı dağılmasın. Yenə göndərin sobaya 5 dəqiqəlik. Bunun qaydası belədir ki, yumurtanın ancaq ağı biraz özünü tutmalıdır, sarısı isə boş təhər qalmalıdır, ilıtma yumurtası kimi. Qətiyyən yumurta tam bişməməlidir, Xaçapurinin qaydası belədir.
Nuş olsun!



Xaçapuri resepti
Gürcü xəngəli necə hazırlanır? - RESEPTİ
Rulet pizzanın RESEPTİ
Evdə hazırlanan simit resepti
Kələmli peraşki
Ən həcmli kartoflu xəmir
İtalyan pizzası resepti
New york çizkeyki - Resepti
Evdə hazırlanan sadə lahmacun - RESEPTİ
Şorqoğalın hazırlanma QAYDASI
Kəsmikli, kişmişli keksin HAZIRLANMA QAYDASI
Üçqulaq necə hazırlanır?- Resept
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 