Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn-sorğunun keçirilməsinə başlanılıb. Bu barədə ADA Universitetindən məlumat verilib. Bildirilib ki, 2020-ci ilin payızında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Milli Ordumuz ölkəmizin 30 ilə yaxın işğal altında qalan ərazilərini azad edib və bu ərazilərin bərpası və hərtərəfli inkişafı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir: "Bərpa və yenidənqurma prosesinin mərkəzi vəsiləsi – məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunmasından ötrü repatriasiya potensialını mümkün qədər dəqiq proqnozlaşdırmaq, bunun üçün isə məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir. Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçiriləcəkdir. Onların birincisi – internet üzərindən keçirilən onlayn-sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların konfidensiallığına tam zəmanət verilir. Sorğu bu gündən (fevral ayının 22-dən) etibarən açıqdır, yəni artıq sorğu suallarını cavablandırmaq mümkündür. Sorğu anketinin doldurulması cəmi 5-6 dəqiqə vaxt aparır. Sorğuda iştirak etmək üçün məcburi köçkünlərin https://sorgu.ada.edu.az ünvanına daxil olmaları kifayətdir. Tədqiqat Qrupu məcburi köçkünləri bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırır. Nəzərə almalıyıq ki, bu sorğu da, buna bənzər digər araşdırmalar da Qarabağa qayıdacaq həmvətənlərimizin rəy və təkliflərini nəzərə almaq üçündür. Biz öz gələcəyimizə özümüz məsuliyyət daşıyırıq!".(publika.az)
Məcburi köçkünlər arasında sorğuya start verildi



Bu il Kərkicahana ilk köç olacaq – Rəsmi
İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
Xankəndi sakinlərinə müjdə
Daha 30 ailə Füzuliyə yola salındı
Məcburi köçkünlərə ödənilən müavinət artırılacaq? – Komitədən AÇIQLAMA
Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
Laçına qayıdışla bağlı rəsmi məlumat
İlham Əliyev prezident seçkilərindən danışdı
Daha 147 ailə Füzuliyə köçürüləcək
Yataqxanalarda yaşayan bu şəxslərlə bağlı yeni təklif
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 