Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin ləpədöyən hissəsində donma halının olmasına münasibət bildirib. İnstitutun direktoru Ramiz Məmmədov açıqlamasında Şabran rayonunun Qilqilçay ərazisində Xəzər dənizinin ləpədöyən hissəsinin buz bağlamasının qeyri-adi hal olmadığını bildirib. O, bunu havanın temperaturunun mənfi 10 dərəcəyə qədər aşağı düşməsi ilə əlaqələndirib: "Dənizin ləpədöyən hissəsinin buzlaşdığı həmin ərazi Xəzərin nisbətən dayaz yerləridir. Dayaz yerlərin də aşağı temperaturlarda donma ehtimalı daha yüksəkdir. Açıq dənizə hərəkət etsəniz görəcəksiniz ki, orada heç bir donma halı yoxdur”. R.Məmmədov eyni zamanda soyuq hava şəraitinin üstünlük təşkil etməsinin səbəblərini də açıqlayıb: "Bunların hamısı iqlim dəyişmələrinin nəticəsi və təzahürüdür. Ekstremal halların həm sayı, həm də tezliyinin və diapazonun təkrarlanma sayı artacaq. Yəni fəlakət gətirəcək təbii hadisələrin sayı çoxalacaq. Misal olaraq, əvvəl bu say 5-10 aralığında idisə, bundan sonra 25-ə qədər artacaq. Yəni bundan sonra sürüşmələr, zəlzələlər, uçqunlar və s. təbii hadisələr çox olacaq. Odur ki, insanlar, xüsusilə də sahil zonasında yaşayanlar buna qarşı müəyyən hazırlıqlar görməlidir”.(report)
Xəzərin sahili niyə donub? - AÇIQLAMA



Xəzərin sahili buz bağlayıb
Xəzər HƏYƏCAN TƏBİLİ ÇALIR- Nə baş verir?
Xəzərin səviyyəsi ən çox bu il düşüb
Nazirlikdən SOS: Xəzərin səviyyəsi sürətlə enir
Prezident Ramiz Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzaladı
Xəzər dənizinin səviyyəsi aşağı düşdü
2100-cü ilədək Xəzərin səviyyəsi azalacaq - İran
Bakının iqlimi dəyişir? - Akademikdən VACİB AÇIQLAMA
Xəzər dənizi ilə bağlı daha bir bədbin proqnoz
Xəzərin suyu azalır?- DƏHŞƏTLİ ANONS
Xəzər sahilində yenidən suiti cəsədi aşkarlandı
Ölkədə qış necə keçəcək? - PROQNOZ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 