Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti 3 iyuldan etibarən Bakı-Alanya-Bakı marşrutu üzrə xüsusi uçuşlar həyata keçirməyə başlayacaq. “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən ONN media -ya verilən xəbərə görə, Türkiyənin bu kurort şəhərinə uçuşlar həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcəkdir. Bundan əlavə, 19 iyun tarixindən aşağıbüdcəli aviaşirkət Ankaraya uçuşların sayını artıracaqdır. Həmin tarixdən etibarən "Buta Airways" aviaşirkəti tərəfindən Türkiyənin paytaxtına uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcəkdir. Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir. Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz. Aviabiletin dəyəri 55 avrodan başlayır. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcəkdir. Yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası daşımaya qəbul olunacaq. Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri: - Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey - koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda koronavirus infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/clinics Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri: - Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/azerbaijan - koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Türkiyədə koronavirus infeksiyasına (COVID-19) dair testdən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıda qeyd olunan səhifədə tanış ola bilərsiniz: https://www.butaairways.az/az/covid/turkey Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Hər iki istiqamət üzrə reyslərin sərnişinləri COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaqlar.
"Buta Airways" aşağıbüdcəli aviaşirkəti Alanya şəhərinə reysləri bərpa edir



"Buta Airways" İzmirə xüsusi reyslər həyata keçirəcək
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
Azərbaycan Rusiyaya uçuşları bərpa edir
"Buta Airways"dən İstanbula və İzmirə getmək istəyənlərə XOŞ XƏBƏR
“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
DİQQƏT: Bakıdan Kiyevə uçuş ləğv edildi
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir
“Buta Airways” Bəhreynə birbaşa reys açır
"Buta Airways" Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə bilet satışına başlayır
“Buta Eyrveys” bu ölkəyə uçuşlara başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 