Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Yuxarı Seyfəli kənd sakininin yaşdığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunun bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Salman Mustafayev tanışları- Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu-Eynur Mustafayev ilə birlikdə əvvəlcədən planlaşdırdıqları plan üzrə 3 müxtəlif avtomobil ilə Seyfəli kəndinə gəliblər. Salman və Eynur Mustafayevlər evin kənarında gözətçilik etmiş, Nizami Əhmədzadə və Rasim Sülymanov evə qanunsuz daxil olaraq ev sahibinin əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlamış, sonuncuya müxtəlif xəsarətlər yetirərək pul və qızıl zinət əşyaları tələb etmiş heç nə tapmadıqda isə ev sahibinin cibindəki 6 manat nağd pulu götürərək hadisə yerini tərk ediblər.
Bundan başqa, quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Salman Mustafayev saxlanılan zaman onun yaşadığı fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “TT” markalı tapança, həmin tapançaya məxsus 1 ədəd sandıqca və 9 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb.
Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.



Azərbaycanda YDM-ə basqın edən maskalı şəxs belə yaxalandı
Şəhid ailəsinin evindən oğurluq edənlər tutuldu
Azərbaycanda evləri yandıran şəxs ƏLƏ KEÇDİ
Gəncədə maşınları soyan şəxs saxlanıldı
Salyanda marketə silahlı basqın - Xəsarət yetirib pul tələb etdilər
Qəbirdən 4 minə cadu çıxaran falçı tutuldu
Polisdən əməliyyat - Külli miqdarda heroin müsadirə edildi
Bakı sakininin bank hesabından pul oğurlanıb
Tərtərdə əməliyyat - Saxlanılanlar var
Bakıda quldurluq: Məntəqəyə basqın edib pul və telefon apardılar
Kəlbəcərdə yük maşını aşdı- ÖLƏN VAR
Qazax sakinində narkotik aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 