Azərbaycan pandemiyanın əvvəlindən bu günədək vəziyyəti nəzarətdə saxlayır. Bunu Prezident İlham Əliyev cümə günü keçirdiyi mətbuat konfransında bildirib. “Bizdə yoluxma səviyyəsi olduqca azdır. Cəmi 200 mindən bir az çox insan koronavirusa yoluxub. Bu gün cəmi 2 min aktiv xəstə var. Xəstəxanalarda yerlərimiz çoxdur, çünki 10-dan artıq yeni modul tipli xəstəxana tikmişik”, - deyə o, əlavə edib. Dövlət başçısı hazırda sağalanların sayının yoluxanları üstələdiyini göstərən müsbət bir dinamikanın olduğunu vurğuladı. Preziden həmçinin Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkə olduğunu qeyd etdi. “Biz yanvarın 18-dən vaksnasiyaya başladıq və Çində istehsal olunan “CoronaVac” peyvəndlərini alırıq”. Ölkə rəhbəri bundan başqa “AstraZeneca”, “Moderna”, “Pfizer” peyvəndlərinin alınacağını dedi. “Həmçinin “AstraZeneca” və “Sputnik” peyvəndlərinin tədarükü üçün də Rusiya tərəfi ilə sənədlər imzaladıq. Ancaq hələ ki, bu vaksinlər bizə gəlməyib. Rusiya “Sputnik” peyvəndi ilə bağlı daxili ehtiyaclarını təmin edir. Bizdə hazırda gündə 15-20 min adama peyvənd vurulur, 4 milyon doz “CoronaVac” peyvəndinin alınması üçün müqavilə bağlanıb”, - deyə Prezident əlavə etdi.
Əliyev: “Azərbaycan pandemiyanın əvvəlindən vəziyyəti nəzarətdə saxlayır”



Britaniya 3-cü peyvəndi də təsdiqlədi
Azərbaycanda koronavirusla bağlı son vəziyyət – Sevindirici AÇIQLAMA
Meymunçiçəyi qapıda- Modul tipli xəstəxanalar yenidən açılır?
Prezident ÜST-nin Avropa üzrə regional direktorunu qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Edmondo Çiriellini qəbul etdi
Alimlər "delta" ştammının ÇARƏSİNİ TAPDI
Prezident Leo Dokertini qəbul etdi
Bu ölkədə daha bir nəfər koronavirusa yoluxdu
İlham Əliyev Ərdoğana zəng etdi - SON DƏQİQƏ
ÜST: Vaksinlərin effektivliyi azalır
Azərbaycana nə qədər vaksin gətirilib?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 