Yasamal rayon sakinlərinin rahatlığını təmin etmək məqsədilə rayon ərazisində aparılan asfaltlama və abadlıq işləri növbəti fazaya daxil olub. Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonunun müxtəlif ünvanlarındakı yollarda, xüsusən də məhəllə daxili ərazilərdə, asfalt örtüyü təzələnir. Yolların yenilənməsi həyata keçirilərkən ilk növbədə Yasamal rayon sakinlərinin təklifləri nəzərə alınıb. Asfaltlama və təmir-bərpa işləri əsasən yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan torpaq əsaslı küçə və yollarda aparılır.Asfaltlama işləri çərçivəsində küçə boyu köhnə örtük sökülür, yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənir. Bununla paralel şəkildə rayon ərazisində abadlıq-quruculuq işləri də aparılır. Ağaclar və gül kolları əkilir, ərazidə təmizlik işləri aparılır, mövcud ağaclar budanır. Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında abadlıq-quruculuq işləri davam etdirilir. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciət və təklifləri nəzərə alınaraq yeni layihələr müzakirə olunur.
Yasamal rayonunda yollar asfaltlanır



Nəsimi rayonunda küçələr təmir edilir
Bu yolda təmir işləri yekunlaşdı
Xətaidə 2 əsas küçə təmir edilir
Bu küçədə təmir işləri başa çatdı
Bakıda bu küçə də təmir edildi
Bakının bu küçəsi əsaslı təmir edilib
Yeni icra başçıları kollektivə təqdim olundu
"28 may" ətrafında işlər nə vaxt yekunlaşacaq?
Bu gün Bakının 549 küçəsi yuyuldu
Prezidentlə xanımı parkda
Bakıda daha bir küçə təmir edilir
Bu küçədə təmir işləri yekunlaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 