Dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18,5 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Agentlikdən ONN media -ya verilən məlumata görə, İnvestisiya Proqramına uyğun olaraq sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, bu istiqamətdə bir müddətdir işlərə start verilib.
Bu çərçivədə qəsəbədə 1 km uzunluğa malik Cəlal Qurbanov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.
Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Ardınca küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib.
Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, ərazidə olan köhnə səki daşları yenisi ilə əvəz edilib.
Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra eni ortalama 18 metr təşkil edən Cəlal Qurbanov küçəsi zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
İnvestisiya proqramına uyğun olaraq, təmir işləri Suraxanı rayonunun Hövsan qəsəbəsi Bahar yaşayış massivində də davam etdirilir. Belə ki, qəsəbənin 1,5 km uzunluğa malik yollarına hazırda yeni asfalt-beton örtüyü döşənir. Analoji işlər Hövsan qəsəbəsində uzunluğu 2 km, ortalama eni 6 metr olan Oqtay Şabanov küçəsində də aparılır.
Qısa zaman ərzində isə hər birinin uzunluğu 1,5 km olan Bağlar yaşayış massivinin və Südçülük sovxozu adlanan ərazinin yollarında, həmçinin ümumi uzunluğu 7,7 km olan qəsəbədaxili küçə və məhəllədaxili hissələrdə də agentlik tərəfindən təmir-bərpa işlərinə başlanacaq.
Hövsan qəsəbəsi üzrə cari ildə təmiri nəzərdə tutulan küçə və yolların ümumi uzunluğu 14,2 km təşkil edir.
Təmir işlərinin həcmi cari ilin İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.
Bakının bu küçəsi əsaslı təmir edilib



Nəsimi rayonunda küçələr təmir edilir
Bakıda daha bir küçə təmir edilir
Bakıda bu küçə də təmir edildi
Xətaidə 2 əsas küçə təmir edilir
Bakının bu qəsəbələrində 7,5 kilometrlik yol təmir olunur
Bakıda bu küçə təmir edildi
Bakıda bu küçənin təmiri yekunlaşdı - Video
Bu yolda təmir işləri yekunlaşdı
Bu küçədə təmir işləri başa çatdı
Bu küçədə təmir işləri yekunlaşdı
Bakıda bu küçə də əsaslı təmir edilir
Bakıda Neapol küçəsi yenidən quruldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 