Səkilər sökülüb, bordürlər çıxarılıb.
ONN media bildirir ki, söhbət metronun "28 May" stansiyasının və Bakı Dəmiryol Vağzalının qarşısındakı meydandan gedir. İş icraçılarından verilən məlumata görə, ərazidə söküntü işləri artıq yekunlaşır. Meydanın əvvəlki görkəmi dəyişəcək, daha işıqlı, ərtaf yaşıllıqlarla dolu olacaq. Binaların fasadı daha müasir və eyni rənglə bəzənəcək. Asfalt örtüyü ilə yanaşı müasir döşəmələrlə əhatə olunacaq. Piyada keçidləri rənglənərək yol örtüyü yenilənəcək. Bir aydır hasarlanan meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan əsaslı təmir-yenidənqurma işləri bu ilin payızında yekunlaşacaq. Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən abadlıq işləri çərçivəsində sözügedən ərazinin ətrafında asfalt örtüyünün dəyişdirilməsi, velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur. Həmçinin Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da yaradılacaq.



Prezident "28 May"da yaradılan şəraitlə tanış oldu
Yasamal rayonunda yollar asfaltlanır
Bakının şimal girişi yenilənir
Bu gün Bakının 549 küçəsi yuyuldu
Şəhidlər Xiyabanı 20 Yanvara hazırlaşır
Bakıda Azad Qadın heykəli sökülür?
Bu ərazi niyə hasarlanıb?- RƏSMİ
Bakıda bu binalar əsaslı təmir olunacaq
Bu yolda təmir işləri yekunlaşdı
Bakıda bu küçə təmir edildi
Bu gün Bakının 550 küçəsi yuyuldu
"Sovetski"də abadlıq işləri nəvaxt başa çatacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 