Azərbaycanda ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara medal verilməsi ləğv olunub.
ONN media xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na dəyişiklik edilib.Dəyişikliklə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və gümüş medal deyil, qızıl nişan və gümüş nişanla təltif olunacaq.
Qeyd edək ki, təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir.Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər;tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar;bütün fənlərdən illik qiymətləri "əla" olanlar;bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir.Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl nişanla, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.Məzunların qızıl və ya gümüş nişanla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır.Qızıl və ya gümüş nişan təntənəli şəraitdə təqdim edilir.



Təhsil naziri əmr imzaladı
Bakıda bu məktəb və liseylərin məzunları qızıl və gümüş nişanlara layiq görülüb - SİYAHI
Məzunların DİQQƏTİNƏ
125 məzun qızıl nişanla təltif olundu - Siyahı
İslamiadada Azərbaycan 5-ci sıradadır
Paris 2024-də medal sıralamasında neçənciyik?
Cüdoçularımızdan daha bir uğur
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü yerdə qərarlaşıb
Bu məzunlara xüsusi attestat veriləcək
Azərbaycanda bu məzunlar qəbul imtahanlarından AZAD OLUNACAQLAR
Məzunların DİQQƏTİNƏ- İmtahan verməyəcəksiniz
Paris Olimpiadasında bu günün medal sıralaması
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 