Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi qəbul edib. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, nazir Azərbaycan Respublikası ilə AŞ arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Bu xüsusda, Azərbaycan ilə təşkilat arasında dialoqun davam etdiyi, bir sıra layihələrin həyata keçirildiyi vurğulanıb. Avropa Şurasının 2018-2021 illərdə Azərbaycan üzrə fəaliyyət planının həyata keçirilməsi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm alət kimi dəyərləndirilib. C.Bayramov görüş zamanı qarşı tərəfi bölgədəki cari vəziyyət, post müharibə sonrası bölgədə həyata keçirilən tədbirlər, əməkdaşlıq imkanları barədə məlumatlandırıb. Z.Hernyeş Avropa Şurasının Azərbaycan ilə münasibətlərinin inkişaf etdirilməsinə hazır olduğunu və qətiyyətini ifadə edib. O, təmsil etdiyi təşkilatın hazırkı mərhələdə müxtəlif sahələrdə Azərbaycana yardım etmək niyyətini vurğulayıb. Tərəflər arasında həmçinin əməkdaşlıq üzrə yeni 2022-2025 illər üzrə fəaliyyət planının işlənib hazırlanması, yeni layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı səfər mübadilələrinin reallaşması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanla Avropa Şurası arasında müzakirələr aparıldı



Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşdü
Ceyhun Bayramov Şimali Makedoniyanın XİN başçısı ilə görüşüb
Ceyhun Bayramov Brüsselə getdi
Çavuşoğlunun müavini Azərbaycana gəldi
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Belçika səfirini qəbul etdi
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov Rumıniya səfiri ilə görüşdü
Ceyhun Bayramov Brüsselə getdi
Ceyhun Bayramov Tariq Mahmud Əhməd ilə görüşdü
Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir - Nazir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 