Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirdiyi başçəkmə zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvlərinə növbəti dəfə baş çəkib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Qeyd olunub ki, həmin şəxslər Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının 2020-ci il 10 noyabrda imzaladıqları üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasından 1 ay sonra, 12-13 dekabr tarixlərində Azərbaycan ərazisində 4 Azərbaycan hərbçisinin qətlə yetirilməsi, 1 mülki şəxsin ağır yaralanması ilə nəticələnən cinayət və terror aktlarının qarşısı alınarkən həbs olunublar. Başçəkmə zamanı Ombudsman həmin şəxslərlə təkbətək görüşərək onların hüquqlarının təmini vəziyyətini araşdırıb. Qəbul olunmuş təqsirləndirilən şəxslər saxlanma şəraitindən, qidalanma və tibbi xidmətdən, onlara göstərilən rəftardan razılıq ediblər. Ombudsman tərəfindən fərdi qaydada həmin şəxslərin müraciətləri dinlənilib, onlara öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub. Başçəkmə çərçivəsində aparılmış araşdırmaların nəticəsi əsasında Ombudsmanın hesabatı hazırlanaraq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.
Azərbaycanda saxlanılan ermənilərin son durumu



Ombudsman Elvin İsayevə baş çəkib
Ombudsman nümayəndələri Gədəbəydə tutulanlara baş çəkdi
2 saylı Kliniki Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirilib
Səbinə Əliyeva ABŞ səfiri ilə görüşdü
David Babayan bu imkanlarla təmin olundu
XİN 62 erməni diversantı ilə bağlı XƏBƏR YAYDI
Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
Ombudsman Ermənistanın törətdiyi təxribatlarla bağlı BƏYANAT YAYDI
Ombudsman sərhəddəki gərginliklə bağlı bəyanat verdi
Siyavuş Novruzovun xanımı ombudsman seçildi
Ombudsman dünya ictimaiyyətinə çağırış etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 