15 mart 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə işgüzar səfərdə olan İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşü keçirilib.
ONN media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. O, dövlətlərimiz arasında siyasi dialoqun davamlılığının təmin olunması, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazir bölgədə olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış, o cümlədən Azərbaycan ərazilərinə terrorçu qrupun göndərilməsi, bu ölkənin hərbçilərini mülki geyimdə Azərbaycan ərazilərinə göndərmək cəhdləri, Azərbaycanın onilliklər ərzində işğal altında saxlanılan ərazilərində geniş minalanmanı həyata keçirən Ermənistanın hazırda mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi və digər məsələlər barədə həmkarına məlumat verib.
Nazir Ann Linde Azərbaycan Respublikasının dövlət başçısı ilə çox yaxşı görüşün keçirildiyini və ətraflı müzakirəkərin aparıldığını qeyd edib. O, bölgədə mövcud olan cari vəziyyətdə ATƏT-in töhfə verə biləcəyi məsələlərin müəyyən edilməsinin əhəmiyyətini bildirib.
Nazirlər Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. ATƏT-in hər üç ölçüsü üzrə Azərbaycanın təşkilatla əməkdaşlığı, həyata keçirilən layihələr, gələcək planları müzakirə ediblər.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Ceyhun Bayramov isveçli həmkarı ilə danışdı
Ceyhun Bayramov sərhəddəki gərginliyə görə ATƏT sədri ilə danışdı
Ceyhun Bayramov Maio ilə danışdı
Azərbaycan və Polşa XİN başçıları telefonla danışdı
Bayramov Lavrovla üçtərəfli bəyanatı MÜZAKİRƏ ETDİ
Azərbaycan və İraqın XİN başçıları görüşdü
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
Ceyhun Bayramov İsrail səfiri ilə Qarabağı MÜZAKİRƏ ETDİ
Ceyhun Bayramov Şentopla görüşdü
Ceyhun Bayramov həmsədrlərlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 