Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib. Bu barədə YAP-dan bildirilib. YAP-ın Gənclər Birliyinin bu gün keçirilən iclasında Bəxtiyar İslamov sədr seçilib.
ONN media yeni sədrin tərcümeyi-halını təqdim edir:Bəxtiyar Qabil oğlu İslamov 31 avqust 1995-ci ildə anadan olmuşdur.2001-2012-ci illərdə Bakı şəhəri, Nəsimi rayon 42 saylı orta məktəbində təhsil almışdır.2012-ci ildə ADA Universitetinin Biznesin İdarə Edilməsi fakültəsinə daxil olmuşdur.2014-cü ildə Avstriyanın Vyana şəhərində Vyana Diplomatik Akademiyasında Beynəlxalq İqtisadiyyat üzrə mühazirələrdə iştirak etmişdir.2014-cü ildə Macarıstanın Budapeşt şəhərində Corvinus Universitetində İqtisadi Əməkdaşlıq üzrə mühazirələrdə iştirak etmişdir.2014-cü ilin yanvar ayından noyabr ayınadək “ADA Student Government”də ictimai əlaqələr departamentinə rəhbərlik etmişdir.2014-cü ilin Fevral və Mart aylarında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzdində Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzində könüllü çalışmış və 1-ci dərəcə ilə fəaliyyətini başa vurmuşdur.2014-cü ilin iyul və avqust aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq və İnkişaf idarəsində təcrübə keçmiş və təcrübəsini yüksək dərəcə ilə tamamlamışdır.2015-ci ildə Bakı şəhərində keçirilən 1-ci Avropa Oyunlarının Əməliyyat Komitəsində Supervayzer kimi çalışmışdır.2014-cü ilin sentyabr ayında “ASAN Könüllüləri” Təşkilatında Təlim sektoru üzrə Koordinator fəalliyyətinə başlamışdır.2014-cü ilin oktyabr ayından “ASAN Könüllüləri” Təşkilatının Könüllülərlə İş departamentinin rəhbəri vəzifəsində çalışıb.“ASAN Könüllüləri” Təşkilatınının Beynəlxalq Əlaqələr və Təşkilatlarla İş departamentinin rəhbəri vəzifəsində çalışıb.O daha sonra “ASAN Könüllüləri” Təşkilatının sədri vəzifəsində çalışıb.İngilis və İtalyan dillərini bilir.



Prezidentin təyin etdiyi icra başçısı kimdir?- Dosye
DTX tərəfindən saxlanılan nazir müavini kimdir? - DOSYE
Nazir təyin olunan 42 yaşlı Fərid Qayıbov kimdir? - DOSYE
Prezidentin yeni köməkçisi Anar Ələkbərov kimdir? — DOSYE
Yeni müdafiə sənayesi naziri kimdir? - Dosye
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
“Azərkosmos”un rəhbərliyinə müvəqqəti təyinat
Yeni nazir müavini kimdir? - DOSYE
YAP və AK Partiya gənclər təşkilatları arasında görüş keçirildi
AzTV-nin yeni müavini kimdir?
Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye
Paşa Kərimov vəfat etdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 