ABŞ prezidenti Co Bayden ümumi məbləği 1,9 trilyon ABŞ dolları olan qanun layihəsini imzalayıb. “Amerika qurtuluş planı” adlanan sənədin imzalnma mərasimi ölkənin xəbər kanalları tərəfindən Ağ Evdən yayımlanıb. Qeyd edək ki, layihədə göstərilən məbləğin təqribən 400 milyard ABŞ dollarını koronavirusa qarşı mübarizəyə və əhalinin peyvəndlənməsi kampaniyasına sərf etmək nəzərdə tutulur. Hakimiyyət daha 1 trilyon ABŞ dolları əhalinin dəstəklənməsinə yönəltmək niyyətindədir. Digər məbləğ pandemiyada zərər çəkən müəssisələr arasında bölüşdürüləcək. Qanun əsasən, ABŞ-da əksər vergi ödəyicilərinə adambaşı 1,4 min ABŞ dollar birbaşa ödəniş nəzərdə tutulur. Bundan başqa işsizliyə görə federal büdcədən ödənişlər ştatların ödədiyi vəsaitdən əlavə avqust ayına qədər həftədə 300 ABŞ dollarına bərabər olacaq. Bundan əlavə, qanun layihəsində koronavirus pandemiyasının aradan qaldırılmasına kömək məqsədilə məktəblərə 130 milyard ABŞ dollar, kollec və universitetlərə daha 40 milyard ABŞ dollar ayrılması nəzərdə tutulur. Ştatlar və dairələr səviyyəsində yerli hökumət orqanları 350 milyard ABŞ dollar dəstək alacaqlar. Aviaşirkətlərə dəstək üçün 15 milyard ABŞ dollar, restoranlara dəstək üçün 25 milyard ABŞ dollar, COVID-19 testlərinin çoxalması üçün təqribən 50 milyard ABŞ dollar ayrılıb.
Bayden “Amerika qurtuluş planı”nı imzaladı



Baydendən Ukraynaya TARİXİ YARDIM
Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir: ŞOKA SALAN RƏQƏMLƏR
Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub
ABŞ bu müharibələrə 1,5 trilyon dollar xərcləyib
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16 milyardı ötdü
ABŞ Rusiyanın qızıl ehtiyatlarına da sanksiya tətbiq edir
Ukraynaya nə qədər ziyan dəyib?- Məbləğ açıqlandı
Ölkədə TikTok qadağan edilə bilər?
Azərbaycanda 200 minə yaxın vətəndaşa ŞAD XƏBƏR: HƏR BİRİNƏ 190 MANAT ÖDƏNİLƏCƏK
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Bayden Tayvanla ticarət sazişini imzaladı
ABŞ bu qonşumuza 132 milyon dollar AYIRDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 