Ölkəmizdə bütün sahələrdə olduğu kimi əhalinin sosial problemlərinin yaxşılaşdırılması sahəsində də geniş tədbirlər həyata keçirilir və bu istiqamətdə həyata keçirilən işlər Yevlax rayonunda da öz əksini tapıb. Yevlax Şəhər İcra Hakimiyyətindən ONN media -ya verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Yevlax şəhərində yeni 9 mərtəbəli yaşayış binası istifadəyə verilib. Şəhərin Nizami prospekti 19 saylı ünvanda qəzalı vəziyyətdə olan 10 ədəd barak binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyyat Fondundan ayrılan vəsait hesabına Yevlax şəhəri Heydər Əliyev prospekti 11 ünvandakı 0,5 ha sahədə 9 mərtəbəli yeni yaşayış binası inşa edilib. 42 ailənin yerləşdiriləcəyi binada 1, 2 və 3 otaqlı mənzillər tam təmirlidir və binanın həyətində müvafiq abadlıq işləri aparılıb. Bina sakinlərinin elektrik enerjisi ilə dayanıqlı təminatı üçün həyətdə 2 ədəd 630 kv-luq transformator yarımstansiyası və 1 ədəd generator quraşdırılıb, 216 kub metrlik içməlu su anbarı tikilib. Sakinlərin yeni binaya köçürülməsinə köməklik məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən kommunal işçilər ayrılıb, sakinlərə digər lazımı köməklik edilib. Yeni binada mənzil alan sakinlər Novruz bayramı ərəfəsində bu sevinci onlara yaşadan Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Ölkə Başçısından Yevlax sakinlərinə bayram hədiyyəsi - FOTOLAR



Yevlax Şəhər İcra Hakimiyyətindən “YAŞAT” fonduna DƏSTƏK
Prezident SƏRƏNCAM imzaladı - 3 milyon manat ayrıldı
Yeni icra başçısından tapşırıq
Yevlaxda yaşayış binasında güclü yanğın başlayıb
Bu şəxslər üçün yeni yaşayış binası tikiləcək - SƏRƏNCAM
Məcburi köçkünlərə yeni mənzillər verildi
İlham Əliyev 2 sərəncam imzaladı
6 ailə mənzillə təmin olundu - FOTO
Bakıda 1 əsrlik bina sökülür
Bakıda qəzalı binalarla bağlı mühüm addım - İŞLƏR BAŞLADI
Neftçilərə yeni mənzillər təqdim edilib
Güzəştli şərtlərlə ev almaq istəyənlərə ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 