Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında fərman imzalayıb.
ONN media xəbər verir ki, fərmanə əsasən Nazirlər Kabinetinə tapşırılır ki, iki ay müddətində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini (bundan sonra – reyestr) yaratsın; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiq etsin; işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü təsdiq etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Müəyyən edilir ki, reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir; bu Fərmanın 1.3-cü bəndinə əsasən sökülməsi mümkün olan tikililərin sökülməsinə bu barədə məlumat təqdim edildikdən, digər tikililərə münasibətdə isə sökülmənin məqsəduyğunluğuna dair aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” ilə müəyyən edilən qaydada rəy verilməsindən sonra həyata keçirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılır ki, fərmandan irəli gələn tələblərə riayət edilməsinə nəzarəti həyata keçirsin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.



Ermənistan 28 abidəni tamamilə dağıdıb
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
DTX-nin işğaldan azad edilmiş ərazilərdə idarə və şöbələri fəaliyyətə başlayır
İşğaldan azad olunmuş ərazilərdəki əhalinin sayı AÇIQLANDI
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb - RƏSMİ
Bu ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq - FƏRMAN
İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə yaradılır - Prezident FƏRMAN İMZALADI
Kəlbəcərdə radio və televiziyaların yayımı bərpa edildi
Prezident bu hərbçilərin maaşını artırdı - SƏRƏNCAM
DGK işğaldan azad olunmuş ərazilərdə
Prezident fərman imzaladı
Prezident bu vəzifəni ləğv etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 