Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yeni təyinatlar olub.
“Azəriqaz”dan verilən məlumata görə, qurumda işin səmərəliliyini artırmaq məqsədi ilə baş direktorun satış və istismar üzrə müavini vəzifəsi bazasında baş direktorun satış üzrə müavini və baş direktorun istismar üzrə müavini vəzifələri yaradılıb.
Baş direktorun satış üzrə müavini vəzifəsinə Rəşad Mübariz oğlu Cavadov, baş direktorun istismar üzrə müavini vəzifəsinə isə Cahid Əlisəf oğlu Hüseynov təyin ediliblər.
Cahid Hüseynov bu təyinata qədər baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb. Rəşad Cavadov isə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi olub.
Qeyd edək ki, satış və istismar hər biri ayrı-ayrılıqda kifayət qədər ağır sahələr hesab olunur. Bundan başqa bir-birindən idarəetmə, nəzarət baxımından fərqli münasibət tələb edir. Bir rəhbər şəxsin üzərində iki sahənin yükünün olması isə işin səmərəli təşkilində müəyyən çətinliklər yaradırdı. Hesab edirik ki, bu struktur islahatı satış və istismar sahəsində görüləcək işlərin keyfiyyətini daha da artıracaq. Hər bir istiqamətin inkişafı üçün bundan sonra da lazımi imkanlar yaranacaq.



“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirdi
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
“Azəriqaz”da yeni təyinat olub
“Azəriqaz”da regional idarəyə yeni rəis təyin olundu
“Azəriqaz” sədri işdən çıxarıldı və yeni vəzifə aldı
"Azəriqaz"da YENİ TƏYİNATLAR
Sektor müdirinə “Azəriqaz”da VƏZİFƏ VERİLDİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə təyinat olub
Prezidentin icra başçısı təyin etdiyi Rəşad Tağıyev kimdir? - DOSYE
Bu generala yüksək vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 