ATV kanalında yayımlanan "Birə-bir" verilişi müğənnilərə zəng edərək onlardan karantindən sonrakı toy qiymətlərini soruşub. Onlar el şənliklərinə icazə veriləcəyi halda qonorara endirim edəcəklərini deyiblər. ONN media xəbər verir ki, sənət adamları məclislərin tam və yarım saatlıq toy qiymətlərini açıqlayıblar. Əməkdar artist Elnarə Abdullayeva yarım saat üçün 3000-3500 manata getdiyini söyləyib. Müğənni Bahar Lətifqızı bütün toyu əvvəl üç min manata apardığını, indi 2500 manata razılaşacağını deyib. O, endirim istəyəndə isə belə cavab verib: "Karantində biz də çörək yeməmişik. Endirim edirik, əvvəl 3000 manat idi, indi 2500 manat. Əvvəl yarım saatı 1500 manat idi, indi endirim edirik". Müğənni Əlikram Bayramov isə ansamblla 2500, tək isə 1500 manata toy apardığını söyləyib. Müğənni Rəvan Qarayev isə "Toylar başlasın, endirimə problem yoxdur. Yarıya qədər endirim edərəm" sözlərini söyləyib. Müğənni Səyyad Əlizadə isə bildirib ki, ansamblla birlikdə 5-6 min manatdır: "Tək isə yarımsaatlıq 1500 manatdır. Toylar dəqiqləşsin, endirim olacaq. Ansamblla 5 min manata gələ bilərəm. Dəqiq olsa, yarım saatı da 1200-1300 manat edərik". Müğənni Afət Fərmanqızı isə bütün toyu 5 min manata apardığını vurğulayıb. O bildirib ki, hazırda 40-a yaxın toyun behini alıb. İfaçı pandemiyaya görə endirim də edəcəyini bildirib.(axşam.az)
Şou əhli karantindən sonra toylara neçəyə gedəcək? – QİYMƏTLƏR



Müğənnilərin toy qiymətləri açıqlandı
Azərbaycanda avtomobil nömrələri kəskin bahalaşır - YENİ QİYMƏTLƏR
Azərbaycanda avtomobil nömrələrinə görə RÜSUMLAR KƏSKİN ARTIR - YENİ MƏBLƏĞLƏR
Ramazanla bağlı 500 məhsulda endirim edildi
Xatirə İslamın böyük YALANI ÜZƏ ÇIXDI
Əməkdar artist xəstəxanaya yerləşdirildi
8 martda 1 saata 15 min manat qazanan müğənni KİMDİR?
Təəccübləndirən kampaniya
Azərbaycanlı müğənninin evi QARƏT EDİLDİ
Ağalar Bayram TOY qiymətini açıqladı-KƏLLƏ-ÇARX
Şou əhlinin kredit dərdi- 32 min borcum var
“Kontakt”da 60%-dək meqaendirimli “Axşam bazarı”nı qaçırmayın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 