Banka borcum yoxdur. Kiminsə kiməsə borcu varsa, bu qəbahət deyil”.
Bu sözləri müğənni Xatirə İslam “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda deyib.
Verilişin aparıcısı Zaur Kamal məşhurların banka olan borclarından söhbət açıb. O, bankdan 20 min manat kredit götürdüyünü və hazırda doqquz min manat borcu qaldığını etiraf edib.
Xatirə isə banklara borcu olmadığını bildirib:
“15 il bundan əvvəl avtomobilim üçün bankdan kredit götürmüşdüm. Həyat yoldaşımın da banka kredit borcu yoxdur. Səkkiz ildir evliyik, bu illər ərzində bankdan pul götürməmişik”.
Proqramın gedişatında Zaur şou əhlinin tanınmış simalarına canlı efirdə zəng vuraraq, onlardan banka borclarının olub-olmamasını soruşub.
Meyxanaçı Namiq Qaraçuxurlu bankdan kredit götürməkdən qorxduğunu açıqlayıb:
“Həyatım boyu bankdan kredit götürməmişəm. Əgər mənə nə isə lazım olsa, səbr edib, pul toplayıb, lazım olanları almışam. Avtomobil alanda dostumdan 15-20 min manat borc götürmüşəm.
Sonra da işləyib qaytarmışam. Karantindən öncə mənzil almışdım. Məbləği toplaya bilmirdim. Dostlarımdan yardım istədim. Həll edib, evi aldım. Kredit götürməkdən qorxuram. Çünki həyatdır, birdən getdin, başına iş gəldi, sonra kiməsə yük olmaq istəmərəm”.
Əməkdar artist Ədalət Şükürov banka 32 min manat borcunun olduğunu söyləyib:
“Krediti adi insan da, nazir də, dövlət də götürür. İndi də kreditim var. Vaxtında ödəyirəm, gecikdirmirəm. 60 min manat götürmüşdüm, hazırda 32 min manat qalıb. Bankdan pul götürmək normal bir haldır. Əsas məsələ odur ki, onu qaytara biləsən”.
Sevil və Sevinc Səfərova bacıları isə yaşadıqları evlərinin kreditdə olduğunu dilə gətiriblər:
“Sənətə gələndən ehtiyaclarımız üçün kredit götürmüşük. Hazırda isə Xırdalandakı evimiz kreditdədir. Hələ 12 aylıq ödənişi qalıb. Təxminən 12-15 min manat ödəməliyik. Evin 100 min manatdan çox qiyməti var idi”.



Azərbaycanda ailələrin nə qədər kredit borcu var?
Şəhid mayorun banka olan borcu SİLİNDİ
Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı açıqlama
Prezidentə müraciət etdi, bank borcu silindi
Kreditinizin nə qədər silinəcəyini BURADAN ÖYRƏNİN
Şəhid qardaşına daha bir dəstək- BORCLARI BAĞLANDI
Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR
Problemli krediti olanların nəzərinə...
Kredit borcu olanların DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 