Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya Federasiyasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğular edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Belə ki, Kələntərov Emil Ağa-Xəlil oğlunun – qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdrada psixotrop maddələrin qaçaqmalçılığını etməsinə; bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun-külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs barəsində beynəlxalq axtarış elan olunub. Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.
Azərbaycan iki nəfəri Rusiyaya təhvil verdi



Azərbaycanın axtardığı şəxs Rusiyada tutuldu - ÖLKƏYƏ GƏTİRİLDİ
SON DƏQİQƏ: Axtarışa verilmiş şəxslər tutularaq Azərbaycana gətirildi
Rusiyada həbs edilən cinayətkar Azərbaycana gətirildi
Rusiyada axtarışda olan şəxs Azərbaycanda ƏLƏ KEÇDİ
Xaricdə gizlənən kriminal avtoritet həbs edildi - AZƏRBAYCANA GƏTİRİLDİ
Rusiyada həbs edilənlər Azərbaycana gətirildi - RƏSMİ
SON DƏQİQƏ: O, Gürcüstanda tutularaq Azərbaycana gətirildi
Axtarışda olan azərbaycanlı Ukraynada həbs edildi
Türkiyədə həbs edilən Rövşən Zalov Azərbaycana gətirildi
Bakıda mağaza və gözəllik salonlarınada dava salan LGBT üzvü saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 