Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə sorğular edilib. Baş Prokurorluqdan ONN media -ya verilən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zamanov Oqtay Sultan oğlunun – 2015-2017-ci illər ərzində Bakı şəhərində qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə; Xəzər rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Qurbanov Musa Əfrail oğlunun– 08.01.2019-cu il tarixdə Bakı şəhərində xuliqanlıq niyyəti ilə Parxomenko Vadim Eduardoviçi döyərək həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan edilib. Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Rusiya Federasiyasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Oqtay Zamanov və Musa Qurbanov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.
Rusiyada həbs edilən cinayətkar Azərbaycana gətirildi



Azərbaycanın axtardığı şəxs Rusiyada tutuldu - ÖLKƏYƏ GƏTİRİLDİ
SON DƏQİQƏ: Axtarışa verilmiş şəxslər tutularaq Azərbaycana gətirildi
Türkiyədə həbs edilən Rövşən Zalov Azərbaycana gətirildi
Axtarışda olan azərbaycanlı Ukraynada həbs edildi
Rusiyada həbs edilənlər Azərbaycana gətirildi - RƏSMİ
SON DƏQİQƏ: O, Gürcüstanda tutularaq Azərbaycana gətirildi
Xaricdə gizlənən kriminal avtoritet həbs edildi - AZƏRBAYCANA GƏTİRİLDİ
Azərbaycan iki nəfəri Rusiyaya təhvil verdi
Rusiyada axtarışda olan şəxs Azərbaycanda ƏLƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 