Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilmələri barədə sorğu edilib.
ONN media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, Şirxan Abdullayevin – 15 mart 2015-ci il tarixdə Gəncə şəhərində aralarında baş verən münaqişə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına, Elvin Cəfərovun – 03 aprel 2017-ci il tarixdə Bakı şəhərində sifariş əsasında qabaqcadan əlbir olan bir qrup şəxslə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq edərək zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə adam oğurluğuna cəhd etməsinə, Fuad Abbasovun – 22 iyun 2019-cu il tarixdə Bakı şəhərində aralarında yaranmış mübahisə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına, Mehdi Şükürovun – 2016-2019-cu illər ərzində bir qrup Azərbaycan Respublikasının vətəndaşları ilə cinayət əlaqəsinə girərək İran İslam Respublikası və Suriya Ərəb Respublikası ərazilərində qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxslərin Rusiya Federasiyasının ərazisində yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusu təmin edilməklə qeyd edilən şəxslər cari il 23 və 27 iyul tarixlərində Azərbaycan Respublikasına ekstradisiya ediliblər.



Rusiyada həbs edilən cinayətkar Azərbaycana gətirildi
SON DƏQİQƏ: O, Gürcüstanda tutularaq Azərbaycana gətirildi
Azərbaycanın axtardığı şəxs Rusiyada tutuldu - ÖLKƏYƏ GƏTİRİLDİ
Axtarışda olan azərbaycanlı Ukraynada həbs edildi
Rusiyada axtarışda olan şəxs Azərbaycanda ƏLƏ KEÇDİ
Xaricdə gizlənən kriminal avtoritet həbs edildi - AZƏRBAYCANA GƏTİRİLDİ
SON DƏQİQƏ: Axtarışa verilmiş şəxslər tutularaq Azərbaycana gətirildi
Türkiyədə həbs edilən Rövşən Zalov Azərbaycana gətirildi
Azərbaycan iki nəfəri Rusiyaya təhvil verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 