2021-ci ilin 29 mart tarixində Tacikistana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib. Xarici İşlər Nazirliyindən (XİN) ONN media -ya verilən məlumata görə, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib. Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub. Kairat Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb. Öz növbəsində nazir Ceyhun Bayramov, Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləciyini bildirib. Görüşdə, həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov AQEM Katibliyinin icraçı direktoru ilə görüşdü



Qazaxıstanda mühüm görüş - XİN məlumat yaydı
Ceyhun Bayramov Roberto Mardini ilə görüşdü
Türkmənistan Prezidenti Ceyhun Bayramovla görüşdü
Ceyhun Bayramov Milorad Dodik ilə görüşdü
Ceyhun Bayramov İmran Xanla görüşdü
Ceyhun Bayramov YUNESKO-nun Baş direktoru ilə görüşüb
Ceyhun Bayramov Mirzoyanla görüşdü
Ceyhun Bayramov Kahramanmaraşa gedib
Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir - Nazir
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 