İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən torpaqlarda minaların qurbanına çevrilən azərbaycanlılar üçün dərin kədər hissi keçirirəm. ONN media xəbər verir ki, bunu Report-a müsahibəsində ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti, akademik Tomas Qoltz deyib. O, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda basdırılan minaların partlaması nəticəsində həlak olan günahsız insanlarla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin paylaşdığı hesabatlara nəzər saldıqdan sonra vəziyyətin nə qədər acınacaqlı olduğunu öyrəndiyini bildirib. "Gəlin məsələyə iki fərqli prizmadan yanaşaq. Müharibədə döyüşənlər kimlərdir? Mülki əhali nə vaxt minaların hədəfinə çevrilir? İlk sualın cavabı aydındır, amma ikinci suala gəldikdə, bununla bağlı aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən müxtəlif həll yolları təklif olunub: Sistemsiz basdırılmış minaların işarələnməsindən tutmuş, (müharibələrin sonlarına doğru onları geri çıxarmaq şərti ilə) müəyyən müddətdən sonra (2-3 ay) öz-özünü məhv edən “ağıllı mina”lara qədər. Həmin beynəlxalq qurumlar tərəfindən aparılmış araşdırmalar nəticəsində müharibə şəraitində bütün növ minaların basdırılmasına qadağa qoyulması ən qənaətbəxş variant kimi müəyyən edilsə də, bunun yaxın zamanda reallaşmasını gözləmək sadəlövhlük olardı", - akademik T.Goltz əlavə edib. Tədqiqatçı jurnalist vurğulayıb ki, ermənilər həmişəki kimi məsuliyyəti öz üzərindən ataraq minaların basdırılmasının və onların yerləşmə xəritələrinin Azərbaycana təhvil verilməsinin Qarabağ ermənilərinin öhdəliyində olduğunu iddia edirlər. Müharibə zamanı Ermənistan ordusunda müşahidə olunan xaosu nəzərə alan T.Goltz hesab edir ki, minaların basdırıldığı xəritələrin hamısının mövcud olması real görünmür. O, bununla yanaşı bütün hallarda baş verənlərə beynəlxalq hüquq çərçivəsində qiymət verilməsinin zəruriliyini bildirib.
Ermənilər bundan boyun qaçırır - Amerikalı jurnalist



Ombudsman mina partlayışı ilə bağlı bəyanat yaydı
Ceyhun Bayramov Haydi Künlə görüşdü
Mövlud Çavuşoğludan Ermənistana XƏBƏRDARLIQ
Mina partlayışlarında neçə nəfər həyatını itirib? - ANAMA AÇIQLADI
Azərbaycan XİN rəsmi məlumat yaydı
İrəvana qarşı sanksiya tətbiq olunacaq?
Laçın yolu ilə silah danışır: XİN-dən rəsmi açıqlama
Son günlərdə Laçında nə qədər mina aşkarlanıb?
Geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik - Tural Gəncəliyev
Azərbaycandakı erməni hərbi əsirlərlə bağlı NAZİRDƏN AÇIQLAMA
İşğaldan azad olunmuş ərazilərdəki əhalinin sayı AÇIQLANDI
AZƏRTAC şəhid jurnalistlərlə bağlı müraciət ünvanladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 