"ASG Helikopter Services" aviaşirkəti yanında Helikopterlərin əsaslı təmiri üzrə Servis Mərkəzi aviadaşıyıcıya məxsus növbəti "Mi-8AMT" tipli helikopterin əsaslı təmirini başa çatdırdı. “ASG Helicopter Services” şirkətinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, əsaslı təmir Rusiyanın 356 №-li Aviasiya Təmiri Zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birlikdə həyata keçirilmişdir. Beləliklə, Azərbaycan ərazisində bu tip helikopterin artıq ikinci əsaslı təmiri icra olunmuşdur. 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (Azerbaijan International Defence Exhibition – ADEX) çərçivəsində Azərbaycanda hava texnikasının təmiri sahəsində əməkdaşlıq barədə razılaşma əldə edilmişdir. Aviaşirkətin bazasında tamfunksional Xidmət Mərkəzini yaratmaq fikri, ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranmışdır. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycanla Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olmuşdur. Həmin layihə çərçivəsində aviaşirkətlə Rusiyalı tərəfdaşlar arasında müvafiq sazişlər imzalanmışdır. Pandemiya səbəbindən baş verən ciddi qlobal iqtisadi böhrana baxmayaraq, 2020-ci ildə "ASG Helicopter Services" şirkəti tərəfindən tam maliyyələşdirilməklə "Mİ" tipli helikopterlərin əsaslı təmirini həyata keçirən regionda ilk aviasiya təmiri müəssisəsinin tikintisi həyata keçirilmişdir. Tikintinin cari ilin sonuna kimi tamamlanması planlaşdırılır. Ən müasir təmir avadanlıqları ilə təchiz ediləcək Servis Mərkəzi, Zabrat qəsəbəsindəki hava limanının ərazisində yerləşəcəkdir. Qeyd etmək istərdik ki, həmin Servis Mərkəzinin istehsal gücü yalnız ölkənin helikopter donanmasını deyil, bütün Xəzər dənizi Regionu Ölkələrinin operatorlarının hava gəmilərini də əhatə etməyə imkan verəcəkdir. Bu, Azərbaycanda aviasiya sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.
Azərbaycanda Rusiya istehsalı olan daha bir helikopterin əsaslı təmiri başa çatdı



Azərbaycanda bir İLK
Azərbaycanda Rusiyanın helikopterlərin təmiri mərkəzi yaradılıb
QƏRAR VERİLDİ: Bakıda 2 məktəb söküləcək
Prezident Şuşada inzibati binanın əsaslı təmiri ilə tanış oldu
"Prezident Heydər Əliyev" tankeri təmiri başa çatdı
İlham Əliyev büdcədən pul ayırdı
Bu məktəblər təmir olunacaq
Prezident sərəncam imzaladı - 40 milyon manat ayrıldı
İlham Əliyev sərəncam imzaladı
Prezident sərəncam imzaladı
"Xətai" stansiyası nəvaxt açılacaq?
Prezident sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 