ONN media xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri həyata keçirilmişdir.
“Silk Way Helicopter Services” şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli vertolyotların əsaslı təmirini həyata keçirmişdir.
Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (“Azerbaijan International Defence Exhibition” – ADEX) zamanı verilmişdir.
Mərkəzin fəaliyyətinin birinci mərhələsi olaraq 6 noyabr 2017-ci il tarixindən etibarən “SWHS” aviaşirkətinin baza aeroportu olan Zabrat Hava Limanında Rusiya istesalı olan Mi-8AMT/MTV vertolyotlarının əsaslı təmirinə başlanılmışdır. Təmir işləri Rusiyanın “356” saylı aviatəmir zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birgə, habelə nəzarəti altında aparılmışdır.
Mi-8AMT/MTV vertolyotların təmiri “Silk Way Helicopter Services” MMC-nin mütəxəssisləri ilə birgə yüksək peşəkarlıqla həyata keçirilmişdir.
Avia təmir zavodunun təmir təlimatına əsasən sökülmüş və əsas aqreqatlar təmir olunması üçün 356- saylı zavoda göndərilmişdir. (Gələcəkdə bu avadanlıqların təmir edilməsi vertolyotların əsaslı təmirinin tərkib hissəsi kimi Bakı şəhərində nəzərdə tutulub). Həmçinin vertolyotun füzelyajı və elekto juqutlar defektasiya edildikdən sonra təmir edilmişdir.
Hava gəmisinin təmiri zamanı istifadə olunan alətlər, xüsusi aqreqatlar ,YSM və s. kimi məsrəf materiallar tam şəkildə “Silk Way Helicopter Services” tərəfindən təchiz edilmişdir.
Belə bir mərkəzin yaradılması Azərbaycanın aviasiya sahəsinin yeni inkişaf mərhələsidir. Bu təkcə yerli məqsədlə deyil, eyni zamanda aviasiya bazarının xarici iştirakçılarını cəlb etmək üçün aviasiya texnikası təmirinin sonrakı mənimsəniməsinə təkan verir.



Azərbaycanda Rusiya istehsalı olan daha bir helikopterin əsaslı təmiri başa çatdı
“Silk Way Helicopter Services” sərnişinin həyatını xilas etmək üçün əlverişsiz hava şəraitində uçuş həyata keçirilib
Azərbaycanda Rusiyanın helikopterlərin təmiri mərkəzi yaradılıb
“Silk Way Helicopter Services”-in donanmasına müasir helikopter əlavə olundu
QƏRAR VERİLDİ: Bakıda 2 məktəb söküləcək
Kürəkçay-Dəliməmmədli mənzilində 11,5 km dəmir yolu əsaslı təmir olunur- FOTOLAR
Bu məktəblər təmir olunacaq
“28 May” stansiyasında eskalatorların təmirinə başlanıldı
Bakıda bu binalar əsaslı təmir olunacaq
İlham Əliyev büdcədən pul ayırdı
Prezident 2 nömrəli Doğum Evi ilə bağlı SƏRƏNCAM İMZALADI
Prezident 2 milyon ayırdı - SƏRƏNCAM
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 