“Məktəblərdə əyani təhsilin dayandırılması ilə bağlı qərar tək sorğu əsasında deyil, elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib. Təbii ki, qərarvermə prosesində bütün istəkləri təmin etmək mümkün deyil”. ONN media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, proqnozlara görə məktəblərdə yoluxma hallarının artması gözlənilirdi: “Məktəblər tədricən distant tədrisə keçirdi. Eyni zamanda davamiyyət məsələsi də gündəmə gəlirdi. Yoluxmalar artdıqca valideynlər övladlarını məktəbə göndərmirdi. Bütün bunlarla yanaşı icitmaiyyətin də fikirlərini öyrənmək məqsədilə sorğu təşkil etdik. Bu da birmənalı qarşılanmadı. Bir qisim valideyn övladını məktəbə göndərmək istəsə də, çoxluq distant təhsilə keçilməsinin tərəfdarı idi. Ona görə də qərarın vaxtında qəbul edildiyini düşünürəm”. E.Əmrullayevin sözlərinə görə, növbəti həftələr ərzində əgər COVID-19-a yoluxma sayları aşağı düşərsə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biri olacaq: “Gərək ictimaiyyət də vəziyyəti düzgün başa düşsün. Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Regionlarda ayrı-ayrı məktəblərdə yoluxma faktları olanda distant təhsilə keçirilir. Hər gün distant təhsilə keçən məktəblər olur”.
Təhsil nazirindən məktəblərin bağlanması ilə bağlı AÇIQLAMA



Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?
Yoluxma artarsa, digər məktəblər də bağlanacaq - Nazirdən XƏBƏRDARLIQ
Məktəblər yenidən bağlana bilər? – Rəsmi
Müəllimlərin əməkhaqları ilə bağlı MÜHÜM AÇIQLAMA
Ölkə yenidən qapanmaya hazırlaşır?
Uşaq bağçaları qızılcaya görə dezinfeksiya olunurmu? - RƏSMİ AÇIQLAMA
Qızılcaya yoluxma ilə bağlı şad xəbər
Övladını məktəbə göndərib-göndərməmək birbaşa valideyndən asılıdır
Nazirlikdən məktəblərin bağlanacağı iddialarına cavab
Rusiyada COVID-19-dan yeni maksimum ölüm qeydə alınıb
Məktəblər bağlanacaq? - Təhsil Nazirliyi AÇIQLAMA YAYDI
Məhdud qapanmalar OLACAQ?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 