Ölkədə virusa yoluxanların sayı günbəgün artır. Bu səbəbdən də düşünürəm ki, qapanma olacaq. Hətta ola bilər ki, dərslər nəzərdə tutulduğu vaxtdan bir qədər gec başlasın. Əgər virusa yoluxma sayında ciddi artım olarsa, hökumət təhsil müəssisələrinin qapanmasına gedəcək və ölkədə yenidən distant təhsilin tətbiqinə başlanılacaq.
ONN media xəbər verir ki, bu sözləri Bakupost.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
E.Qafarov qeyd edib ki, heç bir halda tədris prosesini dayandırmaq olmaz:
"Biz bir dəfə buna getdik və acı nəticələrini gördük. Hələ də bu nəticələr tam olaraq aradan qaldırılmayıb”.
Ekspertin dediyinə görə, əyani təhsilin yerini heç nə verə bilməz: "Bunu birmənalı şəkildə qəbul etməliyik. İndiki halda əyani təhsil əvəzolunmazdır".
Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, əgər aktiv xəstə sayı çox olarsa, məktəblərdə distant təhsil tətbiq oluna bilər:
“İndidən qəti bir söz demək bir qədər çətindir. Ancaq bütün dünyada, eyni zamanda Azərbaycanda da koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin mütəxəssisləri də yaxın vaxtlarda yoluxma hallarında xeyli artım olacağını deyir. Fikrimcə, əgər yoluxma sayında kəskin artım müşahidə olunsa, təhsil müəssisələrində distant təhsil tətbiq olunacaq. Şagirdlər arasında kütləvi şəkildə virusa yoluxma hallarının qarşısını almaq üçün bu, qaçılmazdır”.



Təhsil nazirindən məktəblərin bağlanması ilə bağlı AÇIQLAMA
Ekspert: "Birinci kurslar dərslərə başlamayacaq, digər tələbələr isə..."
Bakıda daha bir məktəb bağlandı
Məktəblərdə dərslər tam dayanacaq? - RƏSMİ CAVAB/VİDEO
Azərbaycanda tədrisin distant forması yaradılır
Koronavirus məktəblərdəki davamiyyətə necə təsir edir? - AÇIQLAMA
Bu gün koronaya yoluxan şagirdlərin sayı AÇIQLANDI
Kimin dərsi nə vaxt başlayacaq? – TAM SİYAHI
SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və…
Nazirlikdən məktəblərin bağlanacağı iddialarına cavab
Məhdud qapanmalar OLACAQ?
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 