“Məktəblərin noyabrda bağlanması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.
ONN media xəbər verir ki, bunu ARB telekanalının “Diqqət efir” verilişində Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
O bildirib ki, məktəblərdə koronavirusa yoluxma ilə bağlı təşviş yaradacaq hal yoxdur:
“Yoluxma halları şagirdlərin ümumi sayının 1 faizini təşkil edir, hətta 0,5 faizin altındadır. Bizim yaydığımız məlumatlarda da qeyd olunub ki, yaxın həftələrdə təhsil müəssisələrinin qapadılması ilə bağlı heç bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, Təhsil Nazirliyinin informasiya resursları kifayət qədər operativdir və biz onu daha öncə yayacağıq”.
Yoluxma hallarının daha çox yuxarı sinif şagirdləri arasında olduğunu qeyd edən C. Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna hazırlıqlıdır:
“Pandemiya problemlərlə yanaşı, yeni imkanlar da yaratdı. Fors-major hallara ötən ilə nisbətən indi daha hazırlıqlıyıq. Çünki artıq müəyyən qədər təcrübəmiz var”.



Rusiyada COVID-19-dan yeni maksimum ölüm qeydə alınıb
Məktəblər bağlanacaq? - Təhsil Nazirliyi AÇIQLAMA YAYDI
Dərslər mayın 10-da başlayır?- RƏSMİ
Novruz tətilindən sonra dərslər dayandırılır? - RƏSMİ CAVAB
SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və…
Koronavirusa yoluxan şagirdlərin sayı nə qədərdir? - SON STATİSTİKA
Bu gün koronaya yoluxan şagirdlərin sayı AÇIQLANDI
Ölkə yenidən qapanmaya hazırlaşır?
Məktəblər yenidən bağlana bilər? – Rəsmi
RƏSMİ AÇIQLAMA: Bu gün 19 şagird və 3 təhsil işçisi koronavirusa yoluxdu
14 şagirddə koronavirus aşkarlandı
Təhsil nazirindən məktəblərin bağlanması ilə bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 