Aprelin 8-də Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin ilə görüşüb. Xarici İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, görüşdə, həmçinin hazırda ölkəmizdə səfərdə olan İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri də iştirak ediblər. Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT ilə mövcud olan yüksək səviyyəli münasibətlərini məmnunluqla qeyd edib. Təşkilat ilə bir çox sahələrdə, o cümlədən iqtisadi, elm və mədəniyyət, gənclər, əmək və digər sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İƏT-in birmənalı dəstəyi və bu çərçivədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı qətnamələrin qəbul edildiyi qeyd edilib. Nazir Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan tərəfindən törədilən dağıntıların miqyasını İƏT Təmas Qrupunun üzvlərinin şəxsən görmək imkanının olduğunu bildirib və son hərbi əməliyyatlar zamanı Ermənistanın məqsədli şəkildə mülki əhali və infrastrukturu hədəf aldığını qarşı tərəfin diqqətinə çatdırıb. Nazir, həmçinin azad edilmiş ərazilərdə vaxtı ilə Ermənistan tərəfindən basdırılan minaların insan həyatına çox ciddi təhdid təşkil etdiyini və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsinin müharibə cinayətinə bərabər olduğunu vurğulayıb. Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycanı Qələbə münasibətilə təbrik edib. O, Azərbaycan Respublikası Prezidenti ilə görüşünü məmnunluqla vurğulayıb. Ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddətdə nümayiş etdirilən səbrin Prezidentin sülhpərvər olduğuna dəlalət etdiyini qeyd edib. Baş katib azad edilmiş ərazilərdəki dağıntılardan xəbərdar olduğunu bildirib, tarixi abidələrin, dini ibadətgahların qorunmasının çox önəmli məsələ olduğunu qeyd edib. Azərbaycanın hər zaman tolerantlıq nümunəsi olduğunu söyləyən İƏT Baş katibi, azad edilmiş ərazilərdəki yenidən quruculuq işləri nəticəsində burada bərpa olunacaq həyat və birgə yaşayışla ölkənin parlaq nümunə olacağına inandığını səsləndirib. Həyata keçirilən yenidən qurma və bərpa prosesində İƏT-in İslam İnkişaf Bankı, eləcə də digər institurlarının iştirak edəcəyini vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə Baş katibi Yusif bin Əhməd əl-Osaymini təbrik edib. Görüşdə, həmçinin İƏT Təmas Qrupunun üzvləri ölkəyə səfərlərinin nəticələri və Qrupun gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb



Bayramov Pakistanın Prezidenti ilə görüşdü
Ceyhun Bayramov Milorad Dodik ilə görüşdü
Ceyhun Bayramov İmran Xanla görüşdü
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov belaruslu həmkarı ilə görüşüb
Ceyhun Bayramov Pakistan Ordusunun Baş Qərargah rəisi ilə görüşdü
Bayramov Əfqanıstanın yeni səfirini qəbul etdi
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşdü
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşdü
Ceyhun Bayramov Küveytin səfiri ilə görüşdü
Ceyhun Bayramov İran parlamentinin komissiya sədri ilə görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 