2020-ci ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyev ikinci dəfə evlənib.
ONN media xəbər verir ki, bu barədə məlumatı Modern.az-a açıqlamasında Şahbaz Quliyev özü təsdiq edib.
O bildirib ki, toy məclisi təşkil edilməsə də, ailə qurması xəbəri doğrudur. Şahbaz Quliyev ailə qurduğu xanımın kimliyi haqqında məlumat vermək istəməyib.
Şahbazın bacısı İradə Quliyeva isə qardaşının keçmiş həyat yoldaşının uzun müddətdir ondan ayrıldığını söyləyib. O qeyd edib ki, Albina Quliyeva (Veselova) qız övladını da götürərək, vətəndaşı olduğu Rusiyaya qayıdıb:
"Qızının Şahbazla əlaqəsi var. Hazırda 11-ci sinifdə oxuyur. Bəlkə də özü qayıtmaq istəyəcək. Amma hələlik anasının yanındadır”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə gedən 1978-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb. Ermənilərin Qarabağda həmvətənlərimiz üzərində qurduğu qondarma "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2020-ci ilin dekabr ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edilərək Bakıya gətirilib.



Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu DANIŞDI
Dilqəm Əsgərov Şuşa həbsxanasından "Əzrail"ə SƏSLƏNDİ
Şahbaz Quliyev: “Kefimdən yox, zülmümdən evlənirəm”
SON DƏQİQƏ: Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana qaytarılır
Girovluqdan azad edilən Şahbaz Quliyevin ailəsində FACİƏ
Girovların həyatı təhlükədə: “Onları itirə bilərik…”
Dilqəm və Şahbazdan YENİ XƏBƏR VAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Dilqəmlə Şahbaz qaytarıla bilər - VİDEO
İrəvan Şahbaz və Dilqəmi qaytarmağa hazırdır
Ailə üzvləri kəlbəcərli girovları Qarabağda ziyarət edə biləcək
Şahbaz Quliyev: Bizə çox işgəncə veriblər və...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 