Rusiyada qanunsuz olaraq yaşayan miqrantlar arasında ukraynalılar üstünlük təşkil edir. Çox güman ki, bu qərarın verilməsində Rusiya ilə Ukrayna arasındaki gərginliyin artması mühüm rol oynayır. Bu gərginlik fonunda bu qərar tək ukraynalılara aid edilə bilməzdi, ona görə də bütün ölkələrə şamil edilib və bu miqrantların 120 mini azərbaycanlıdır. Düşünmürəm ki, 120 min azərbaycanlının hamısı ölkəyə qaytarılacaq. Çox güman ki, onlar iyun ayına qədər olan müddət ərzində öz sənədlərini qaydasına salaraq leqal şəkildə Rusiyada qalacaqlar. Amma təbii ki, bu insanların müəyyən hissəsi qayıda bilər. ONN media xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli Rusiya DİN-in MDB-yə üzv olan dövlətlərdən Rusiyada qeyri-leqan çalışan vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb etməsi barədə danışarkən qeyd edib. O bildirib ki, ölkəyə qayıdanlar Azərbaycanda həm sosial gərginliyin, həm də işsizliklə bağlı problemin artmasında ciddi rol oynaya bilər: “Buna görə də bu məsələ ilə bağlı ciddi iş görülməlidir. İş yerlərinin artırılması üçün kiçik və orta sahibkarlıq proqramlarına dəstək genişləndirilməlidir. Ölkədə rəqabətli mühit yaradılması üçün işlərin artırılmasında xeyir var. Kiçik və orta sahibkarlığa vergi güzəştləri də artırıla bilər”. (axar.az)
Rusiyadan onminlərlə azərbaycanlı qovula bilər?



Türkiyə Rusiya bazarını sürətlə ələ keçirir
Rusiyada 12 milyon insan bir anda işini itirdi
Azərbaycanlılar bu ölkəyə pul göndərə bilmir- SƏBƏB NƏDİR?
ABŞ Rusiyanı çökdürür: Bakıya mənfi təsirləri - Ekspert
Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ
Azərbaycanda bu məhsullar ucuzlaşacaq
Qərb Ukraynanı artıq “qalib” edib: Əsl vəziyyət budur
Çinlilərin ölkəyə girişi QADAĞAN OLUNDU
S-400-lər Azərbaycana yerləşdirilsə... - Analitik açıqladı
Yağ qiymətləri niyə sürətlə qalxır?
Rusiya Telman İsmayılovun Moskvaya təhvil verilməsində israr edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 