Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülərə qarşı tədbirlərini davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ONN media -ya verilən məlumata görə, reyd zamanı polis əməkdaşları sürücülərlə profilaktiki söhbətlər apararaq, şəhər ərazisində qanunla müəyyən edilmiş sürət həddində hərəkət etməyi, avtomobillər arası ara məsafəsinin saxlanılması, dayanma-durma və digər zəruri qanunlara riayət etdilməsi barədə tövsiyələr verib. Bundan başqa avtomobildə konstruksiya dəyişikliyi aşkar edilən sürücülər barəsində də qanunamüvafiq tədbir görülüb. Reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi VAZ-2115 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxs barəsində DYPŞ-in əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E.Həmidli sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib. Göygöl rayonunda da analoji tədbirlər davam etdirilir. Sərxoş halda avtomobillərin idarə olunması və baş verə biləcək qəzaların qarşının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilir. Keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.
Avtoşlara qarşı reyd - HƏBS EDİLDİ



Gədəbəydə avtoxuliqan HƏBS EDİLDİ
Avtoxuliqanlıq edən gənclər saxlanıldılar
Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
Gəncədə “avtoşluq” edənlər tutuldu
Naxçıvanda sürücülərə qarşı reyd keçirildi
Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanıldı
Gəncədə yol polisi reyd keçirdi
Yol polisi Zərdabda reyd keçirdi
Narkotik çəkib maşın sürən şəxs həbs edildi
Azərbaycanda sərxoş traktor sürücüsü hoqqa çıxardı - HƏBS EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 