Azərbaycanda regionların inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün bir sıra mühüm layihələr həyata keçirilir. ONN media xəbər verir ki, ölkəmizdə sənaye məhəllələrinin yaradılması da bu sıradandır. Növbəti sənaye məhəlləsi Hacıqabulda yaradılıb. Bu, ölkədə üçüncü sənaye məhəlləsidir. Prezident İlham Əliyevin aprelin 20-də açılışında iştirak etdiyi Hacıqabul Sənaye Məhəlləsində qeydiyyatdan keçən 10 rezidentdən 5-i artıq istehsal prosesinə başlayıb. Burada 100-dən çox daimi iş yeri yaradılıb. Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktor müavini Elxan Şiriyev bildirib ki, sənaye məhəllələri ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, müasir texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması və əhalinin sənayedə məşğulluğunun təmin edilməsinə yönəlib. Ölkə ərazisində müxtəlif regionlarda beş sənaye məhəlləsi var. Bunlar Şərur, Sabirabad, Neftçala, Masallı və Hacıqabulda yerləşir. Adıçəkilən məhəllələrdən üçü - Neftçala, Masallı və Hacıqabul sənaye məhəllələri artıq fəaliyyətdədir. Bu işlər çərçivəsində 286 daimi iş yeri yaradılıb. Növbəti mərhələdə isə digər məhəllələrin fəaliyyətə başlaması ilə iş yerinin 700-ə çatdırılması nəzərdə tutulub. Onun sözlərinə görə, indiyə kimi sənaye məhəllələrinə 73 milyon manat investisiya yatırılıb və 96 milyon manat dəyərində məhsul istehsal olunaraq satılıb. Hacıqabul Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2017-ci il 25 iyul tarixli Sərəncamına uyğun olaraq yaradılıb. Başlanğıcda məhəllənin ərazisi 20 hektar idisə, 2020-ci ildə əlavə olaraq 40 hektar sahə ayrılmaqla, ərazi 60 hektara çatdırılıb. Hazırda məhəllədə mineral gübrələr, su qabları istehsalı, tikinti avadanlıqları istehsal edən zavod, meyvə və tərəvəz qablaşdırılması üçün taraların istehsalı və maşınqayırma zavodu istehsala start verib. Növbəti mərhələdə izolyasiya materialları, balıq yemi, qablaşdırma məhsulları və digər sahələr işə başlayacaq. Hacıqabul Sənaye Məhəlləsinin ümumi investisiya həcmi 45 milyon manat təşkil edir. Burada qeydiyyatdan keçmiş 10 rezident üzrə gələcəkdə yaranacaq iş yerinin sayı 350-dən çox olacaq. Bu da rayonda əhalinin daimi iş yeri ilə təminatında mühüm rol oynayacaq. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət daşıyır. Əsas məqsəd isə yerli istehsalın təşkil edilməsi ilə idxaldan asılılığı aradan qaldırmaqdır. Eyni zamanda, burada reallaşdırılan bir sıra layihələrin ixrac potensialı da mövcuddur və gələcəkdə qonşu ölkələrə ixrac nəzərdə tutulur. Sənaye məhəlləsi logistik imkanlar baxımından da əlverişli yerdədir. Paytaxt Bakıya yaxınlığı, magistral yolun üzərində olması və dəmir yol xəttinin məhəllənin yaxınlığından keçməsi burada fəaliyyət göstərən istehsal sahələri üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də dəmir yolu daşımada böyük rola malikdir. Bu logistik imkanlar isə gələcəkdə Hacıqabul Sənaye Məhəlləsinə daha çox investisiyanın cəlb ediləcəyinə şərait yaradır.
Azərbaycanda yeni iş yerləri açılır



Prezident sərəncam imzaladı
Ağdam Sənaye Parkı minalardan tam təmizlənib
Prezident Hacıqabul Sənaye Məhəlləsinin açılışında
Azərbaycanda 41 milyonluq maşın satıldı
Prezident “Azmonbat” MMC-nin açılışında (YENİLƏNDİ)
Azərbaycan kiçik tonnajlı avtomobillər istehsal edəcək
Prezident Hacıqabul Sənaye Məhəlləsinin açılışında - YENİLƏNDİ
Ölkə başçısı fərman imzaladı
Nazir müavini: Azərbaycanın bütün rayonlarında sənaye zonaları yaradılacaq
Prezident sərəncam imzaladı
Prezident Sumqayıt Kimya Sənaye Parkı ilə bağlı sərəncam İMZALADI
Əli Əsədov qərar imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 