Ukraynada azərbaycanlılar ilə bağlı daha bir kriminal hadisə qeydə alınıb, bir azərbaycanlı öldürülüb.
ONN media xəbər verir ki, paytaxt Kiyevin Desnyanskiy rayonu ərazisində 1996-cı il təvəllüdlü Samid Lətif oğlu Məcidov həmyerlisi 1990-cı il təvəllüdlü Rasət Hafiz oğlu Hüseynov tərəfindən kürək nahiyəsindən bıçaqla vurularaq öldürülüb.
Hadisəni törədən şəxs və hadisənin digər iştirakçısı 1982-ci il təvəllüdlü Seymur Cavanşir oğlu Vəliyev ölkəni hava yolu ilə tərk edərək qaçmaq istəyərkən yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.
İki gün əvvəl isə Ukraynanın Dnepr şəhərində azərbaycanlı Anar Məmmədov qətlə yetirilib. Ukrayna Daxili İşlər Nazirliyinin yerli bölməsi onun həmin bölgə üzrə kriminal qruplaşmanın rəhbərlərindən olduğunu bildirir. Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. O, 1993-cü il təvəllüdlü Yusif adlı Azərbaycan Respublikası vətəndaşıdır. Hazırda o, axtarışdadır.
Azərbaycanın Kiyevdəki səfirliyindən bildirilib ki, son vaxtlar demək olar hər gün Ukraynanın müxtəlif bölgələrindən bu və ya digər formada azərbaycanlıların kriminal – dələduzluq, oğurluq, ölkədə qanunsuz yaşama və sair əməllər ilə bağlı məlumat daxil olur.
Ukraynada azərbaycanlılar arasında kriminal hadisələrin belə çoxalaraq yerli ictimaiyyətdə müzakirələrə səbəb olması Ukraynada fəal azərbaycanlıları, diplomatik missiyanı, ümumiyyətlə diasporu ciddi narahat edir. Bunun son illər, xüsusilə də 2020-ci ildə Azərbaycanın qalib olduğu Vətən müharibəsi ərəfəsində bir çox ölkələrdə olduğu kimi Ukraynada da diplomatiyanın və diasporun nail olduğu uğurlara, bu ölkədə Azərbaycanla bağlı böyük rəğbətə kölgə salma ehtimalından narahatlıq ifadə olunur. Səfirlik, diaspor təşkilatlarının rəhbərləri, xüsusilə Ukrayna Azərbaycanlıları Radası bu kimi halların qarşısının alınması üçün təbliğat-təşviqat işini gücləndirir, xüsusilə də azərbaycanlı gənclərlə profilaktik söhbətləri artırır.
Xatırladaq ki, Ukraynanın ictimai-siyasi, elm, təhsil, inzibati, tibb, biznes və digər sahələrində bir sıra tanınmış azərbaycanlılar müxtəlif uğurlara imza atıblar.



Bakıda dünya çempionu qətlə yetirildi - YENİLƏNDİ
Azərbaycanlı kriminal avtoritet Ukraynada qətlə yetirildi
SON DƏQİQƏ: Azərbaycanlı kriminal avtoritet Rusiyada QƏTLƏ YETİRİLDİ
Azərbaycanlı gənc Ukraynada öldürüldü
Azərbaycanlı kriminal avtoritet güllələnərək ÖLDÜRÜLDÜ
Bakının mərkəzində KÜTLƏVİ DAVA - Ölənlər var - YENİLƏNDİ
Bakıda "Lotu Quli"yə görə QAN TÖKÜLDÜ: Cibindəki qatlanan bıçaqla...
Ukraynada daha iki azərbaycanlı həlak olub
Saatlıda AĞIR QƏZA: 4 nəfər...
ADNA terrorundan 15 il ötür
Bakıda gənc güllələnərək öldürüldü
Füzulidə minaya düşən şəxslərin son durumu açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 