Bakının Yasamal rayonunda plana düşən mənzillərin söküntüsünə başlanılacaq. Space TV və 125 saylı məktəbin yaxınlığında, əsasən Ələsgər Ələkbərov və Mikayıl Müşviq küçələrinə düşən evlərin sökülüb, yerində yeni yaşayış binalarının tikintisi planlaşdırılır. Hazırda evlərin sakinləri ilə danışıqlar aparılır. Sakinlərə evlərinin əvəzinə yeni binadan mənzillər və yaxud pul təklif olunur. Sakinlər bildirirlər ki, özəl tikinti şirkətinin nümayəndələri onlarla danışıqlar aparıb. Danışıqlarda sakinlərə mənzilin kvadratına görə 1500-3000 manat arası pul təklif olunur. Yasamal rayon İcra Hakimiyyətindən baku.ws-ə bildirilib ki, işləri özəl şirkət həyata keçirəcək. İşlər sakinlərin könüllü razılaşması əsasında həyata keçiriləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq sərəncamları və icazələri var. Qiymətləri həmin özəl şirkət müəyyən edir. Lakin çalışırlar ki, sakinlərə artıq kvadratlı evlərin verilməsinə üstünlük verilir. Şirkət ailələrlə fərdi qaydada razılaşma əldə edir və müqavilələr də fərdi qaydada bağlanılır. Razılaşmaya görə, ya sakinlərə pul verilir, yaxud da evlərinin yerində yeni binadan mənzillər verilir. Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər özəl şirkət tərəfindən ödənilir. Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.
Bakının bu ərazisi PLANA DÜŞDÜ - EVLƏR SÖKÜLƏCƏK



Bakının bu ərazisində evlər plana düşdü
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Bakının bu əraziləri plana düşdü
Bakıda bu ərazilərdəki binalar söküləcək
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
Bakıda bu binanın söküntüsünə başlanılıb
Bakıda böyük söküntü: əhaliyə pul verilir
Bakıda bu ərazidə də binalar söküləcək
Bakıda bu yerlər plana düşdü-ÜNVANLAR
Bakıda daha bir bina sökülür
Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Bu binada yaşayanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 