Bakı şəhərində ilkin olaraq 65 binanın sökülməsi planlaşdırılıb.
ONN media-nın əldə etdiyi məlumata görə, söküləcək binaların bir çoxu qəzalı vəziyyətdədir.
Artıq bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər adiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb.
Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib. Hazırda komitə digər yerli qurumlarla birgə invertallaşdırma işləri aparırlar. Söküləcək binalarda mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu binaların sakinlərinin əksəriyyəti maliyyə vəsaiti ödənilməklə köçürüləcək. Bina sakinləri mənzilləri müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər.
Bakının təsdiqlənmiş Baş Planına əsasən, ilkin mərhələdə söküləcək binalar Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşir. İnvertallaşdırma işləri başa açatan kimi Nazirlər Kabinetinn qərarı açıqlanacaq. Bu qərardan sonra ən qısa zamanda, hətta il ərzində binaların sökülməsi və əhalinin də köçürülməsi nəzərdə tutulub.
Evləri plana düşən sakinlərə kompensasiya məbləği ilə bağlı yekun qərar da açıqlanacaq. Buna qədər plana düşən evlərin sahiblərinə 2 min manat civarında kompensasiya verilirdi. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq. Bu məsələdə binların hansı ərazidə yerləşməyi də nəzərə alınacaq.
Qeyd edək ki, ikinci mərhələdə Bakı şəhəri üzrə 60-dan çox binanın da sökülərək yerində yeni binaların tikiləcəyi gözlənilir. Hazırda yeni tikiləcək binalarla bağlı tikinti şirkətləri ilə bağlı danışıqlar aparılır.



Bu binalarda yaşayanların NƏZƏRİNƏ
Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
Köhnə binalar nə vaxt söküləcək?
Bakıdakı bu binalar söküləcək- Əvəzində isə...
Bakıda bu binalar söküləcək
31 min 351 mənzilin istismarına icazə verildi
Bakıda bu binalar söküləcək — ÜNVAN
Bayılda 98 ev söküləcək
Bakıda bu ərazilərdəki binalar söküləcək
DİQQƏT- Bu ərazilərdəki evlər söküləcək
5 mərtəbəli binalar SÖKÜLƏCƏK?
Bakıda iki binanın sakinləri köçürüldü — SÖKÜLƏCƏK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 