Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib. ONN media xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqi məlumat yayıb. Məlumata görə, iclasda ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb. Holdinqin baş icraçı direktorunun müavini Zaur Qurbanov MŞ-nın fəaliyyətinin təşkili barədə təqdimatla çıxış edib. İclasda Şuranın fəaliyyətində səmərəliliyin artırılması, Şirkətin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə, bu məqsədlə 3 komitə yaradılıb, rəhbərləri və korporativ katibi təyin edilib. MŞ-nın və SOCAR-ın icra orqanının üzvləri arasında keçirilən görüşdə isə şirkətin 2021-ci il üçün maliyyə planı müzakirə olunub. Xatırladaq ki, MŞ ölkə prezidentinin “Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.
SOCAR MŞ-nin iclası: bu 3 komitə...



Prezident SOCAR-la bağlı VACİB FƏRMAN imzaladı
SOCAR-da yüksək vəzifəyə növbəti TƏYİNAT
Bakı Limanının Müşahidə Şurasının iclası keçirilib
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16 milyardı ötdü
Əli Əsədova daha bir vəzifə verildi
“SOCAR Türkiye”də yeni təyinat oldu
DİQQƏTLİ OLUN- SOCAR-a işə düzəltmək adı ilə...
TƏBİB-dən yeni təyinat
YAP Siyasi Şurasının iclası keçirildi (YENİLƏNDİ)
"SOCAR"la "Total" arasında əməkdaşlıq müzakirə olundu
Ölkə başçısı AZAL-la bağlı sərəncam imzaladı
İqtisadi Şuranın növbəti iclası keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 