“Azərbaycan cəmiyyəti son zamanlar Ermənistanla dövlət sərhəddində baş verən insidentlər, ermənilərin təxribatları, Qarabağa onların havadarlarının özbaşına şəkildə gedib-gəlmələri, ölkəmizə qarşı terror fəaliyyətlərində əli olanların Xankəndidə bu və ya digər “fəaliyyətlərinə” son qoyulması ilə bağlı müəyyən addımların atılmasını istəyir. Çünki hələ də əli silahlı, terrorçu dəstələr bölgədə qalmaqdadır”. ONN media bildirir ki, bunu publika.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseyn deyib. AXP sədri bildirib ki, əgər hadisələr bu cür davam edə bilərsə, 1988-ci il hadisələrinin ssenarisi yenidən təkrarlana bilər: “Əvvəlcə, münaqişənin yenidən qızışdırılmasında maraqlı olan qüvvələr fitnəkalıq elementləri baş qaldıra və ardınca da Azərbaycana qarşı silahlı təxribatlar baş verə bilər. Bir çox politoloqlar, o cümlədən, bir siyasətçi kimi mən də bunu proqnozlaşdırıram. Bunlara imkan vermək olmaz. Ona görə də önləyici addımlar atılmalıdır. Hətta anti-terror əməliyyatları da keçirmək olar”. Keçmiş baş nazirin sözlərinə görə, 10 noyabr bəyanatının altında bizim və Rusiya dövlətinin imzası durur: “Əgər bu bəyanatın müddəaları sistemli şəkildə yerinə yetirilmirsə, Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Bu müqavilə xarakterli sənəddə Azərbaycanın bir hissəsində fərqli qaydalar tətbiq edilirsə, bu məsələ, bu sənədin özü Milli Məclisdə müzakirə edilməlidir. Hətta lazım olarsa, həmin müqavilənin dayandırılması ilə bağlı müəyyən qərarlar qəbul edilə bilər. Digər tərəfdən, müqavilədə nəzərdə tutulmasa da, Türkiyənin nizamlanma prosesində iştirakı barədə razılaşmalar var. Rusiya-Türkiyə monitorinq mərkəzi də fəaliyyətdədir. Şübhəsiz ki, bu məsələdə Türkiyənin daha fəal və bərabərtərəfli iştirakına nail olmaq lazımdır. Çünki Türkiyə Minsk qrupunun üzvüdür”. Pənah Hüseynin fikrincə, Minsk qrupunun yalnız həmsədrlər vasitəsi ilə öz fəaliyyətini davam etdirməsinin əhəmiyyətsiz olması, müəyyən gərginliklərə səbəb olan mənbələrdən birinə çevrilməsi aydındır: “O baxımdan, Türkiyənin nizamasalma prosesində iştirakı istiqamətində Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Nəzərə alaq ki, yaxın günlərdə Türkiyə və Azərbaycan prezidentləri konkret addımları müzakirə edəcəklər. Bu barədə açıqlamalar da verilib. Düşünürəm ki, yaxın dönəmlərdə bu istiqamətdə müəyyən dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq”.
Qarabağda anti-terror ənəliyyatı başlaya bilər - Sabiq BAŞ NAZİR AÇIQLADI



Qarabağda yeni əməliyyat başlaya bilər?
Pənah Hüseyn istefa verdi
Zəngəzurda anti-terror əməliyyatları keçirilə bilər - AYDƏMİROV AÇIQLADI
Ermənilərin Şuşa ətrafına atəş açmasının əsas səbəbi... - POLKOVNİK AÇIQLADI
Polkovnik təxribat ehtimalından danışdı: Sülh müqaviləsi bağlanana qədər…
Bu, ermənilərin Ordumuzu əməliyyata dəvət etməsidir - Politoloq
Azərbaycan növbəti həmləyə hazırlaşır?-ŞOK İDDİA
Ərdoğandan sərt mesaj- Sonuncuya çatana kimi...
Xankəndidə hərbçilərimizə snayper atəşi açan kimdir?
Sərhəddə anti-terror əməliyyatı başlayacaq?
Gəncə qapıları Azərbaycana qaytarıla bilər
Ermənistan münaqişənin həllini istəyirsə... - Nazir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 