ONN İnformasiya Agentliyi

Bakıda ilk: Piyada üçün asfalt işıqlandırıldı

Bakıda ilk: Piyada üçün asfalt işıqlandırıldı
6-05-2021, 17:10

Bakı şəhərində piyada təhlükəsizliyinin artırılması istiqamətində işlər davam etdirilir.

ONN media xəbər verir ki, bu bardə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində asfalt örtüyü üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib.

“Bu cür işıqlandırılma sistemləri sürücülər və piyadaların daha diqqətli olmaları ilə yanaşı, həm də piyadaların piyada keçidindən istifadəsini təşviq edir. Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də işıqlandırılma sistemlərinin tətbiq edilməsi istiqamətində işlər aparılır”, - məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png