Daxili İşlər Nazirliyi (DİN) piyada və sürücülərə müraciət edib.
DİN-dən daxil olan müraciətdə deyilir:
"Əziz həmvətənlər!
Yol-nəqliyyat hadisələri üzrə tərəfimizdən aparılan təhlillər göstərir ki, cari ilin 10 ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması təşkil edir. Araşdırmalar deməyə əsas verir ki, belə hallarda bu qəzalarda sürücülərlə yanaşı piyadaların da təqsiri olur.
Belə ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər. Elə bunun nəticəsidir ki, piyada vurma hadisələrinin çoxu da məhz piyada keçidlərindən kənarda qeydə alınır.
Odur ki göstərilənləri nəzərə alaraq bir daha piyadalara səslənirik:
- küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin;
- nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın;
- məhdudiyyətli görünmə, duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun;
- yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın;
- ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun, həmçinin qəflətən avtomobil yoluna çıxmayın;
- yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin.
Eyni zamanda, sükan arxasında olan sürücülər də yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılan piyadaların təhlükəsizliyi məsələsinə ciddi yanaşmalı, artıq yola çıxmış piyadaya yol verməli, piyadaların yola çıxma ehtimalı olan ərazilərdə, xüsusilə qaranlıq vaxtı və işıqlandırılmayan yollarda daha diqqətli olmalı, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalıdırlar. Hər bir sürücü bilməlidir ki, ani diqqətsizlik faciəvi qəzaya səbəb olur.
Hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzu edirik!"



DYP piyadalara xəbərdarlıq etdi
Sürücülər və piyadalar üçün MÖHTƏŞƏM YENİLİK
Yol polisi piyadalara müraciət etdi
DYP-dan piyadalara XƏBƏRDARLIQ
BDYPİ bu piyadalara müraciət etdi
Bu yeraltı piyada keçidləri bağlandı
Bilgəhlilər yolu bağladı: hansı tədbir görüləcək?
DİN-dən bunu edən sürücülərə MÜRACİƏT
Bakıda tikinti şirkəti piyada səkisini zəbt etdi
Piyadaların DİQQƏTİNƏ- Nəzarət gücləndirildi
Bakıda daha bir yerüstü piyada keçidi inşa edildi
Yeraltı və yerüstü piyada keçidlərində maska məcburidir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 